"Biz onu daim rəhmətlə xatırlayacağıq" Türkiyəli politoloq

"Biz onu daim rəhmətlə xatırlayacağıq" Türkiyəli politoloq

"Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, bütün dünya türkləri Onu rəhmətlə xatırlayır". SİA xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında politoloq, Osmanlı Diriliş Xalq Hərəkatının təşkilat başkanı Cihad Rəhmi Akar deyib.

Politoloqun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra parçalanmaqdan xilas olan ölkə vətəndaş müharibəsi təhlükəsini adlayaraq xoş günlərinə qovuşub.

O, vurğulayıb ki, gər nə qədər biz bu prosesi adi bir qanunauyğunluq kimi qəbul etsək də, bu heç də belə deyil. Belə ki, Azərbaycanın olduqca çətin günlərdən keçib bu günlərə kimi gəldiyini qeyd edən Cihad Rəhmi Akar bu çətin günlərdə Azərbaycan xalqının da Ümumilli Lider Heydər Əliyevlə həmrəy olduğunu xatırladaraq xalq - iqtidar həmrəyliyinin təməllərinin məhz həmin günlərdə atıldığını sözlərinə əlavə edib: "Daxili və xarici düşmənlərin Azərbaycanın varlığına mane olmağa çalışmaları həmin dövrdə diqqətlərdən qaçmırdı. Lakin xalqımız hər zaman öz liderinə sahib çıxdı, beləliklə müstəqil Azərbaycanın varlığını qarant altına almış oldu. Hər bir azərbaycanlının könlündə taxt quran Heydər Əliyev 15 iyunda ikinci dəfə hakimiyyətə gəldikdən sonra atdığı hər addımda Azərbaycanı və bütövlükdə Türk dünyasını, onun gələcəyini düşündü və dövlət quruculuğu istiqamətində mühüm addımlar atarkən xalqına arxalandı. Onu yıxmağa çalışsalar da, yıxılmadı və dosta, düşmənə qarşı sarsılmaz iradə nümayiş etdirərək müstəqil Azərbaycanı inamla aydın sabahlara apardı. Bu gün Azərbaycan onun əməllərindən ilham alır və bizlər də onu rəhmətlə xatırlayırıq. Nə yaxşı ki, Azərbaycan var, nə yaxşı ki, Ulu Öndərin qurduğu ölkəni gücləndirən, regional və qlobal aktor halına gətirən Azərbaycan respublikasının prezidenti var. Nə yaxşı ki, Türk dünyasının flaqman ölkəsində bütün sferalarda səmərəli islahatlar aparılır və bizlər də bu islahatların uğurlu nəticələrinin canlı şahidləriyik".

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə