Paşinyanın ən çox qorxduğu nədir?

Paşinyanın ən çox qorxduğu nədir?

Nikol Paşinyan hər kəsdən şübhələnir, amma ən çox silahlı qüvvələrdən qorxur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Paşinyan hərbi çevrilişin edilə biləcəyinə şübhə ilə yanaşır. Bu, David Tonoyanın son günlərdəki fəaliyyəti, aktivliyi, ordunun siyasətə qarışmayacağı ilə bağlı əsas ordu konsepsiyası ilə əlaqədardır.
"Bununla yanaşı, nazirin sədaqət barədə cəfəngiyyatına baxmayaraq, hakim dairələrdə baş naziri əvəzləyəcək namizədlərin adları müzakirə olunur. Aralarında aprel döyüşlərindən sonra kəşfiyyat fəaliyyətində uğursuzluğa görə Müdafiə Nazirliyindən qovulan Baş Nazirin müşaviri Arşak Karapetyan da var", deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə