Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının idarə heyətinin “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır” mövzusunda onlayn konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda YAP Səbail rayon təşkilatının sədri, i.e.d, professor Şəmsəddin Hacıyev çıxış edərək xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
O, 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. Ş.Hacıyev bildirib ki, 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanda yeni dəyərlər sisteminin və ideyaların meydana çıxmasına şərait yaratdı: “Ulu Öndərin gərgin səyləri sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşamaları, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Çünki məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti formalaşdı”.
Onlayın görüşdə Dövlət İdarəçilik Akademiyasının dekanı, professor Elçin Əhmədov çıxış edərək bildirib ki, 27 il əvvəl ölkəmiz parçalanaraq müstəqilliyini itirilmək təhlükəsi ilə üzləşəndə xalqın yekdil çarığışı ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın xilaskarlıq missiyasını öz üzərinə götürərək müstəqilliyimizi qorumaqla respublikamızda dinamik inkişafın təməlini qoydu: "Azərbaycan qarşılaşdığı bütün çətinliklərdən qurtuldu və bu gün tariximizə qızıl hərflərlə yazılan Milli Qurtuluş günü kimi düşdü. Məhz bu gündən başlayaraq Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində xalqımızın azadlıq arzuları əbədiləşdirdi”.
Video-konfransda “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək 1993-cü il 15 iyunu da Ulu Öndər Heydər Əliyevin Azərbaycan da yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı: “Əsası qoyulan düzgün, məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş hüquqi, demokratik dövlətlərindəndir. 1993-cü il iyunun 15-də xalqımızın azadlığının, dövlətçiliyimizin müqəddəratının həll edildiyi bir vaxtda ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq çətin və şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək onu gələcəyə inamla irəliləyən güclü və sabit bir dövlətə çevirib. Ümummilli Liderin Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır”.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə