Aprelin 30-u Azərbaycan Dillər Universitetində "Milli cazın xüsusiyyətləri" adlı tədbir keçiriləcək. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, tədbir İnformasiya Resurs Kompleksinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə "Türk dünyası" Folklor Mərkəzinin təşkilatçılığı ilə proqramda milli cazın yaranma tarixi, Azərbaycanın görkəmli caz ustaları haqqında geniş məlumat veirləcək, canlı ifalar dinləniləcək. Bundan əlavə, musiqişünas Farizə Babayeva, professor Rəhman Bədəlov, politoloq Toğrul Cuvarlı, kinoşünas Ülvi Mehdi və Azərbaycanın digər tanınmış mədəniyyət və elm xadimlərinin caz haqqında diskussiyası olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB