“Milli Şura” öz üzərinə söyüş müxalifəti adını götürüb ” RƏY-ÖZƏL

“Milli Şura” öz üzərinə söyüş müxalifəti adını götürüb ” RƏY-ÖZƏL

AXCP MNTK-nın keçmiş sədri Aydın Əliyev Əli Kərimlinin tələbi ilə partiyadan xaric edilməsi ilə razılaşmayaraq məhkəməyə müraciət edib. Artıq məhkəmə onun iddiasını təmin edib. "Yurddaş" Partiyasının sədri Mais Səfərli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bu gün istər AXCP, istərsə də onun daxil olduğu “Milli Şura” deyilən qurum özünün ən böhranlı günlərini yaşayır: “Burda dağılma və geriləmə prosesi göz qabağındadır. Bu gün Azərbaycanda yeni siyasi kanfigurasiyanın formalaşma prosesi gedir və Prezident İlham Əliyev Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yenidən qurulması ilə bağlı bir müddət bundan öncə açılım elan etdi və bütün siyasi qüvvələri dialoqa dəvət etdi. Lakin bu gün AXCP və Müsavat bu dialoqdan imtina etdilər. Məhz onlarda gedən o geriləmə, zəifləmə və dağılma prosesləri onların məhz bu dialoqdan imtina etməsi ilə bağlıdır. Çünki həmin təşkilatlarda çoxlu sayda insanlar, iqtidar müxalifət münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarlarıdır. Ona görə də, burda artıq diqradasiya prosesləri onsuzda gedirdi. Onların dialoqdan geri çəkilmələri və iştirak etməmələri bir daha o prosesi sürətləndirdi”.

M.Səfərli bildirib ki, son istefalar onu göstərdi ki, ümumiyyətlə istər AXCP, istər “Milli Şura” tükənibdir: ““Milli Şura” artıq öz üzərinə söyüş müxalifəti adını götürüb. Bu hər kəsi cəmiyyətdə qıcıqlandırır və cəmiyyətdə hər kəsin etirazına səbəb olur. Bu proseslər belə davam edərsə və onlar normal siyasi fəaliyyətlə məşğul olmazlarsa..... öz fəaliyyətlərini Azərbaycan konstitusiyası və qanunlarına uyğun şəkildə qura bilməsələr yenidən elə hesab edirəm ki, bu dağılma prosesi davam edəcəkdir və onlar tarixin arxivinə gömüləcəkdirlər”. M.Səfərli onu da bildirdi ki, bu gün Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən qüvvələr var: “Həmin xarici qüvvələrdə ölkə daxilində olan müxalifətdən istifadə edirlər. Amma onların nə etməsindən və nə istəməsindən asılı olmayaraq onlar ölkəmizlə bağlı məkrli planları baş tutmayacaqdır. Hər zaman olduğu kimi bu dəfə də müxalifət düşərgəsini təmsil edən şəxslər iflasla üzləşməli olacaqlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə