Orta nəsil Azərbaycan yazıçılarının bədii-poetik əsərləri rəqəmsal formatda hazırlanır
Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Milli Virtual Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək" kulturoloji layihəsinin icrasına başlayıb.
Layihə barədə SIA-ya geniş məlumat verən YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) bildirib ki, kulturoloji-humanitar layihə sayılan www.kitabxana.net - Milli Virtual Kitabxanada Azərbaycan, rus və türk dillərində 1000-dən çox elektron kitab, dərslik, lüğət, dünya və milli ədəbiyyat nümunələri, eləcə də on mindən çox intellektual materiallı oxucularına ödənişsiz təqdim edilir, elektron resurs hər gün zənginləşdirilir. Layihənin növbəti mərhələsi orta ədəbi nəslin nümayəndələrinin yaradıcılığının elektron variantda hazırlanaraq virtual kitabxana vasitəsi ilə Azərbaycanda və dünyada yaşayan 50 milyonluq soydaşlarımıza çatdırmaqdır.
Aydın Xan (Əbilov) layihə barədə daha sonra bunları bildirib: "Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində ədəbiyyat, eləcə də intellektual sərvətlər – kitabların, bədii əsərlərin rəqəmsal formata salınmasına başlanılıb. Hazırlanan elektron kitablar isə qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Respublikamızda bu sahədə işlər aparılsa da, zamanın tələbləri səviyyəsində sözü gedən istiqamətdə hələ bir sıra problemlər öz həllini tapmamışdır. Yaşlı və yeni nəslin yaratdığı estetik-intellektul əsərlər İnternetdə yerləşdirilsə də, orta nəslə mənsub milli yazıçı və şairlər bu məsələdə böyük çətinliklərlə qarşılaşıblar.
Orta ədəbi nəsilin nümayəndələrinin çoxu hələ də kompyuter və yeni İKT vasitələrindən lazımınca yaralana bilmir. Eləcə də Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitabları, əsərləri oxumaq, fərqli – yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində ciddi problemlər həll olunmamış qalır. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, Azərbaycan dilində kitab və ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər.
Araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qism gənclər kompyuter və İnternet bilgilərinə yiyələnsə də, milli İnternet – qlobal və lokal informasiya-şəbəkə resurslarımızın azlığı, Azərbaycan dilində gənclərə, yeniyetmələrə ünvanlanmış İnternet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi, zəif inkişaf etməsi, eləcə də elektron – virtual kitabxanaların, pulsuz bloq – sayt imkanlarının yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, yeni nəslin nümayəndələri İnternetdən yalnız əyləncə vasitəsi, çox hallarda isə erotik, bəzən isə pornoqrafiya, zorrakılığı təbliğ edən materialları asanca əldə etmək imkanı kimi yararlanırlar.
Respublikamızda "Elektron hökümət", "Elektron məktəb", "Elektron Kitabxana" kimi innovativ proqramlar həyata keçirilməsiylə bağlı dövlət proqramları, genişmiqyaslı planlar isə hələ ki, arzuolunan səviyyədə həyata keçirilmir. Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti, elektron kitablar, yeni nəslə ünvanlanmış saytları, şəbəkə resursları, İnternetdə milli və bilgili resurslar, həmçinin təhsil və təlimin səmərəliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. İnternet istifadəçilərimizin elektron poçt, elektron gündəlik – bloq, virtual kitabxana, şəbəkə etikası, İnternet mədəniyyəti, yeni e-oxu və e-yazı vərdişləri, şəbəkə ədəbiyyatı, elektron və audio (səsli) kitablar, televiziya və radio verilişləri, gənclərə ünvanlanmış xəbər və əyləncə- İnternet sayt, həmçinin mətbuat sahələrindəki boşluqlar isə artıq ciddi problemə çevrilib, çağdaş humanitar-mədəni düşüncəmizdə - təhsil və yeni nəslin formalaşmasında boşluqlara aparıb çıxarır. Hələ üstəlik Azərbaycanın daxilində və xaricdə yaşayan gənclər arasında asan, ucuz başa gələn yeni ünsiyyət vasitəsi kimi İnternet – yeni informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifçiliyə kəskin ehtiyac duyulur.
YYSQ ölkəmizdə, eləcə də xaricdə yaşayan azərbaycanlı yeni nəsil soydaşlarımız, xüsusən də gənclər, uşaq və yeniyetmələr üçün www.kitabxana.net şəbəkə ünvanlı İnternet portalı – Milli Virtual Kitabxana yaratsa da, onun durmadan zənginləşdirilməsinə, inkişaf etdirilməsinə, yeni ədəbiyyat və kitabların rəqəmsal formatlara salınıb orada yerləşdirilməsinə böyük zərurət duyulmaqdadır. Yeniyetmə və gənclərin mənəvi-estetik dünyagörüşlərini formalaşmasından ötrü İnternetdə e-kitablar hazırlanmalı, xüsusən də nisbətən qayğıdan uzaq düşmüş orta nəsil yazarlar və şairlərin yaratmış olduğu yeni əsərlərin e-variantı hazırlanmalı, qlobal informasiya şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilməlidir. Layihənin əsas məqsədi çağdaş oxuculara- ölkəmizdə və ə dünyada yaşayan soydaşlarımıza ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat - kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri İnternet resursları vasitəsilə çatdırılmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarımızı zənginləşdirmək, oralara girişlərin sayını artırmaq fikrindəyik.
Məqsədimiz anadilli İnternet resursunda- Milli Virtual Kitabxanada orta nəsil yazarların dəyərli ədəbiyyat nümunələrini yerləşdirmək, bu yaradıcı nəslin nümayəndləri üçün bloq sistemini genişləndirmək, onları anadilli İnternet resurslarını zənginləşdirməyə həvəsləndirmək, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmağı öyrətmək, yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılamaq, milli, anadilli İnternet- şəbəkə resurslarımızı zənginləşdirmək, orta nəsil, eləcə də yeniyetmə və gənclərin yazdıqları əsərləri İnternet səhifələr – bloqlar formasında nəşrə hazırlamaq, şəbəkər resursunda yerləşdirmək, milli-mənəvi dəyərlərinin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gənclərlə şəbəkə təmasları sürətləndirmək, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verməkdir.
Yeni kompyuter texnologiyalarla işləmək, fərqli- İnternetdəki şəbəkə resurslarından oxumaq, elektron yazı mədəniyyətinə yiyələnmək, ana dilimizdə gənclərə istiqamətlənmiş elektron resursların səviyyəsini qaldırmaq, dünyadakı soydaşlarımızdan ibarət qlobal informasiya məkanının istifadəçiləri üçün Milli Virtual Kitabxananı vaxt itirmədən zənginləşdirmək lazımdır. Yeni nəslin elektron gündəliklərini- bloq portalını yaratmaq, elektron rəqəmsal kitabları nəşrə hazırlamaq, mobil rabitə vasitələrindən- e-kağız və e-kitablardan yararlanaraq ciddi əsərləri, elmi mətnlərlə faydalı işləmək, elektron cihazlardan mütaliə etmək, İnternet yazı müsabiqələrinin təşkili və başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclərin, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşlarımızda doğma Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, Azərbaycançılıq məfkürəsinə marağı gücləndirmək, eyni zamanda, Qlobal İnformasiya Şəbəkəsində "Virtual Azərbaycan"ı qurmaqda intellektual-kulturoloji sərvətlərimizin rolu böyükdür.
Bu problemləri öyrənmək, хalqımızın milli-mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, təhsilə, elmə, yeni texnologi biliklərə, gənc nəslin sivil inkişafına səy göstərməkdən, eləcə də qlobal, xalqların inteqrasiyyaya meylinin güclü olduğu bir çağda dünyada millətimizin başqa xalqlardan geri qalmamasından ötrü bir gün də vaxt itirmədən yuxarıda sadalanan problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Hər hansı bir dövlətin – millətin sivil inkişafının bir ölçüsü də onun ərazisində yaşayan insanların çağdaş dünya dəyərlərinə olan münasibətidir. Bu mənada biz Avropa ölkələrinə çatmaq istiqamətində çox işlər görməliyik. İlk addımlardan biri kimi isə cəmiyyətimizin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən, dünya gəncləri arasında innovativ-şəbəkə rabitə vasitəsinə çevirilə biləcək milli İnternet resurslarının yaratmaq və zənginləşdirmək istiqamətində görülən hər bir iş sadalanan problemin həllində ciddi addımlardan biri olacaq.
Həyata keçirilən kulturoloji layihənin bir məqsədi də alternativ elektron dərslik və kitablardan istifadəni populyarlaşdırmaq, nəinki Azərbaycanda, eləcə də dünyadakı 50 milyonluq soydaşlarımızın təhsil, elm, dərslik, kitab və ədəbiyyata olan tələbatını ödəməkdir. Virtual oxu, innovativ tədris, elektron kitab, e-yazı, e-mütaliə və şəbəkə ədəbiyyatı kimi yeni metodların, formatların geniş tətbiqi nəticəsində məsafədən tədrisin populyarlaşmasına da yardımçı olunur. Müəllimlər bu resursun e-kitabxana bölümündən yararlanaraq ev tapşırıqları, əlavə oxu, bədii ədəbiyyatın mütaliəsi, yeniyetmə və gənclərin sosiallaşması, qrup halında İnternetdən və İKT-dən yararlanmasına şərait yarada bilərlər...
www.kitabxana.net - Milli Virtual Kitabxana dünyanın aparıcı dillərində kitabların elektron variantı, milli və qlobal Elektron Kitabxanaların ünvanları, yazarların saytları, bloqlar, yazılı, eləcə də elektron KİV-in şəbəkə ocaqları, tərcümələr, orijinal yazılar, xəbərlər: intelektualların hər gün yenilənən kulturoloji e-resursu kimi Azərbaycan, ingilis, rus və türk dilində fəaliyyət göstərir. Eyni zamanda portalda uşaq ədəbiyyatı və kitablarının elektron variantlarından ibarət bölmə, Azərbaycanda ilk dəfə e-Dərgi, şəbəkə elmi-kulturoloji jurnalı, gənclərin intellektual-ədəbi-poetik-bilgili elektron gündəlikləri - bloqları da mövcuddur.
Kulturoloji layihənin yeni mərhələsində orta nəsil yazıçı və şairlərin yaradıcılığının geniş cəmiyyətə tanıdılması, ölkə daxilində və xaricdə təbliği, Azərbaycan ictimaiyyətinin, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, Virtual Kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, şəbəkədən istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.
Yeni ədəbiyyatın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, yeni nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq, dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial elektron şəbəkəsinin yaradılmasına təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə ədəbiyyatı nümunələri yaranmasına şərait yaradacaq, yazıçılarımızı dəyərli ədəbiyyat, poeziya, bilgili əsərlərin yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyətini formalaşdıracaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq, bunu həm kitab, həm həm də veb-sayt vasitəsilə ediləcəkdir. Eyni zamanda bu kulturoloji layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlı oxucuları şəbəkə ədəbiyyatı - eletron kitabxana resursu ətrafında birləşməyə dəvət edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB