“Ziyalıların vəzifəsi cəmiyyəti təhlükə qarşısında səfərbər etməkdir” ÖZƏL-MÖVQE

“Ziyalıların vəzifəsi cəmiyyəti təhlükə qarşısında səfərbər etməkdir” ÖZƏL-MÖVQE

"Azərbaycan cəmiyyəti tətbiq olunan məhdudiyyətlərə münasibətdə çox böyük məsuliyyət, nizam-intizam göstərir. Amma son vaxtlar sanki arxayınçılıq yaranıb. Təəssüf ki, bir çox vətəndaşların məsuliyyətsiz davranışı ucbatından son günlər yoluxanların sayı artıb. Rəqəmlər nəinki düşünməyə, hətta əndişələnməyə ciddi əsas verir". Bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Təşkilat rəhbəri bildirib ki, qəbul edilən qərarlara hörmətlə yanaşmaq cəmiyyətin vəzifəsidir. Ziyalıların vəzifəsi isə bu istiqamətdə maarifçilik işi aparmaq, cəmiyyəti təhlükə qarşısında səfərbər etməkdir: "İnsanlarımız başa düşməlidirlər ki, Azərbaycan dövləti tərəfindən atılan bütün addımlar, xüsusi karantin rejiminin tətbiqi onların sağlamlığı üçündür. Hamı görür ki, Prezident də qapalı yerlərdə tibbi maskadan istifadə edir. Deməli, bu bizim sağlamlığımız üçün vacibdir. Hər kəs ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə etməli, sosial məsafəni qorumalıdır. Bu bir həqiqətdir ki, koronavirusla mübarizədə daha tez qələbə çalmağımız üçün daha çox məsuliyyətli olmalıyıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə