Vulqar tərbiyəsizliyin nümunəsi - Gültəkin Hacıbəyli...

Vulqar tərbiyəsizliyin nümunəsi - Gültəkin Hacıbəyli...

Nankorluq insan xislətinə yaraşmayan haldır. Ancaq vay o hala ki, insan olub, şeytan və iblis cildinə girə. Bax, bu, dəhşətdir. Haqqı qoyub, nahaq danışan, ancaq pisliklər etməkdən həzz alanlar isə nankorlardır. Bəzən elə nankorlar olur ki, bağışlanılır. Ancaq Vətənin havasını udub, çörəyini yeyib, suyunu içən nankorları bağışlamaq özü cinayətdir. "Milli Şura" deyilən manqurtlar yuvasında cəmləşən, layiq olmadıqları hakimiyyət arzusu ilə yaşaya-yaşaya həyasızlıq edən erməni maşasının qulbeçəsi olan Gültəkin Hacıbəyli kimilərin o "millətin vəkili" kimi böyük məsuliyyətli "ada layiq olmasına" içim göynəyir. Özü də yaman göynəyir.

Və "Milli Şura”nın öndə gedənlərinin iştirakı ilə keçirilən "Zoom konfrans”ını izlədikdən, gültəkin kimi rəzil, əxlaqsız, nankor və nanəcib qadın haqqında, ümumiyyətlə əcinələr və satqınlar yuvası olan «Milli Şura» haqqında nə demişəmsə, haqlı demişəm. Bəlkə də dediklərimdən də daha kəsərli söz tapa bilmədiyimə heyfslənmişəm. Nə qədər iyrənc, nə qədər rəzil qadınsan, G. Hacıbəyli. Sən elə tərbiyəsiz lətifələr danışa bilərsən, çünki xəmirin elə yoğrulub. Belə olmasaydı, yaşına, olmayan ağılsız başına hörmət etməyən "Milli Şura"nın əl oyuncağı rolan Cəmil Həsənli özünüzü "müxalift düşərgəsi" deyilən ünvanda olanları tryapka adlandırmazdı, ən başda da sənin kimi rəztl qadına aidir. Çünki sən bu gün, həqiqətən də ayaqqabını sioməyə layiq trayka belə deyilsən. Hətta, “müstəqil jurnalist” Xədicə İsmayılova belə, qalmaqallı videokonfransda səslənən fikirləri yolveriməz sayaraq G.Hacıbəylini "layiq olduğu hərəktləri edir" deyib: "Qabında odur. Xəmiri belə yoğrulub. Ondan bundan savayı başqa bir şey gözləmək ağılsızlıqdır".

Rasim Quliyev: "Bütün parametrlər üzrə bu cür müxalif qüvvələr iqtidarla müqayisədə tamamilə başqa müstəvidə olduqları üçün elə görülən səviyyəni nümayiş etdirirlər"

Sözügedən msələ ilə bağlı “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev açıqlamasında «Milli Şura» ilə bağlı dəfələrlə fikir bildirdiyini söyləyib: “Azərbaycanda konstruktiv müxalifətə doğrudan da ehtiyac duyulur, amma biz siyasi palitrada bunu görə bilmirik. Bunun da bir sıra əlamətləri özünü göstərir. Üfüqdə güclü müxalifətin görünməməsinin birinci şərti Prezident və

komandasının güclü olmasıdır. İkinicisi budur ki, xalq mərhum Heydər Əliyevin və Onun layiqli davamçısı olan indiki Prezidentin siyasətini tam dəstəkləyir. Hazırkı iqtidarın bütün sahələr üzrə apardığı siyasət alternativ tanımır. Bununla yanaşı, biz müxalifət cəbhəsində intellekt kasadlığı da görürük. «Milli Şura»nın iclasları başqa bir reallığı da üzə çıxarır. Onlar bilirlər ki, iclasda hətta ciddi məsələni müzakirə etsələr belə, bunun ictimai rəyə təsiri olmayacaq. Bu səbəbdən də, yalnız statusu qorumaq üçün, arada formal toplantılar keçirirlər. İndi texnologiyalar inkişaf edib və biz həmin iclası izləyə bilirik. Uzun illərdi ki, onlar belə müzakirələri çayxana formatında aparırdılar. Əgər belə müzakirələrin cəmiyyətə təsiri yoxdursa, onun səviyyəsi elə qeybət və ondan da aşağı olacaq”.

Rasim Quliyev hesab edir ki, sağlam rəqabət inkişafı şərtləndirir: “Biz də istərdik ki, iqtidara sağlam rəqabətdə olan güclü, intellektli müxalifət formalaşsın. Belə raqəbət, həm də dövlət idarəetməsini asanlaşdırır. Bizdə, faktiki olaraqə. islahatları da Prezident aparır, komanda ilə rəqiblik edən də onun özüdür. Məmur özbaşınalığının da geniş vüsət almasının bir səbəbi güclü müxalifətin olmaması ilə bağlıdır. Bütün parametrlər üzrə bu cür müxalif qüvvələr iqtidarla müqayisədə tamamilə başqa müstəvidə olduqları üçün elə görülən səviyyəni nümayiş etdirirlər. Cəmiyyətin tələbi ilə ayaqlaşa bilməyən, yalnız mövcudluqlarını sübut etməyə çalışanlardan bundan artıq heç nə gözləmək olmaz. Onların müzakirəsində Azərbaycan üçün aktuallıq kəsb edən nəsə yoxdur, ola da bilməz”.

Arzuxan Əlizadə: “Milli Şura»nın bu səviyyəsiz hərəkəti, bütövlükdə müxalifətə ləkə vurdu və cəmiyyətdə müxalifətə inamı sarsıtdı”

Sözügedən video ilə bağlı AMİP baş katibi Arzuxan Əlizadə "Milli Şura" üzvlərinin öz aralarında apardıqları müzakirələr zamanı küçə ifadələri, təhqiramiz sözlər, söyüşlər işlətdiyini, bütün müxəlifətə ləkə vurduğunu deyib: «Yeni videoda Gültəkin Hacıbəyli və Vidadi Mirkamal Azərbaycan xalqını, sözün birbaşa mənasında, aşağılayır, Əli Kərimli isə ''mənim xalqım'' dediyi toplumun təhqir olunmasına reaksiyasız qalaraq, gülümsəyir. Görüntülər Koordinasiya Mərkəzi üzvlərinin Nemət Pənahlını lağa qoyub gülməsi ilə başlayır. Vidadi Mirkamal isə efirin vaxtının düzgün seçilmədiyini dilə gətirib. O, həmin gün eyni saatda Türkiyənin "Eşkiya dünyaya hökmdar olmaz" teleserialının olduğunu, camaatın bu seriala baxdığını bildirib: "Həmin vaxt efir toqquşsa, bu, baxışı kəskin aşağı sala bilər".

Gültəkin Hacıbəyli isə seriala baxanları aşağılayan ifadə işlədir. Vidadi Mirkamal bir daha serialın onların çıxışlarına təsir etdiyini vurğulayıb. Sonra da "Milli Şura"nın Koordinasiyası Mərkəzi üzvlərinin cinsi azlıqları, professor Altay Göyüşovu təhqir etdikləri, “Müsavat” və “Real” partiyalarının fəaliyyətlərini lağa qoyduqları ortaya çıxıb. Və bu iyrənc, qadına layiq olmayan sözlər qarşısında Eldəniz Quliyev və Rafiq Manaflı ictimai qınaqlara dözməyərək, istefa veriblər. Bax budur, onların əsl simaları və bir daha "Milli Şura"nın necə rəzil bir qurum olduğu bir daha göründü. Düzdür, onlar hər vəchlə üzləşdikləri bu pis durumdan müxtəlif bəhanələrlə çıxmağa çalışırlar, ancaq reallıq ortalıqdadır. Bu cür qeybət səviyyəsində müzakirələr siyasətçiyə yaraşan hərəkət deyil. Bu onu göstərir ki, "Milli Şura"da belə səviyyəsiz müzakirələr birinci dəfə deyil. Deməli, davamlı olurmuş. "Milli Şura"nın bu səviyyəsiz hərəkəti bütövlükdə müxalifətə ləkə vurdu və cəmiyyətdə müxalifətə inamı sarsıtdı”.

Bax, reallıq budur. Budur dağıdıcı müxalifət "liderlərinin" iç üzü və xislətləri. Bu baxımdan, belə bir tərzdə tərsinə düşünənlərə insan deyil, məxluq deyirlər. Çünki Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli …kimi məxluqlarda normal anlama, hadisəni təhlil etmək, şüur qabiliyyəti olmur. Mümkünsüzdür. Çünki dərk etmək üçün düşünən baş olmalıdır, o da bu məxluq və satqınlarda heç vaxt oldmayıb. Bir də G.Hacıbıyli kimi rəzillər abıra-zada qısılan deyil. Olmayn şeyə necə qısılasan. Abırsızdan isə başqa nəyi gözləmək olar axı, Vətənə, millətə, xalqa sədaqətimi? İçindən çörək yediyi çörəkqabına sahib çıxmağımı? Nə edirsən et, xalq kimin kimi olduğunu yaxşı bilir. Necə deyərlər: "Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə