Braziliya prezidenti ÜST-ü “partizan siyasi təşkilatı" adlandırdı

Braziliya prezidenti Jair Bolsnaru bəyan edib ki, ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə məsələ qaldıra bilər. Buna səbəb isə, ÜST-ün rəsmi təmsilçisi Marqaret Harrisin koronavirusla bağlı məhdudiyyətlərin tələm-tələsik şəkildə aradan qaldırılması ilə bağlı etdiyi xəbərdarlığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Cenevrədəki mətbuat konfransı zamanı Harris sualları cavablandırarkən Braziliyada sosial məsafənin aradan qaldırılması ilə bağlı qərarın verilməsini doğru hesab etmədiyini deyib. "Latın Amerikasında epidemiya nəticəsində xəstəliyin durmadan artması bizi çox dərindən təlaşlandırır, narahat edir", ÜST rəsmisi bildirib.

Bolsonaru isə bun bəyanatdan sonra jurnalistlərlə söhbətində bəyan edib ki, artıq Braziliya ÜST-dən çıxmaq barədə qərar verə bilər. "ÜST partizan siyasi təşkilatı kimi fəaliyyətindən əl çəkməyincəyə qədər biz bu fikrimizdə qalacağıq", Braziliyanın prezidenti bildirib.

Prezident hesab edir ki, COVID-19 adi qrip virusunda elə də təhlükəli deyil və ölkədə karantin ölçülərinin qəbul olunması əleyhinədir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə