YAP GB-nin region sədrlərinin iştirakı ilə videokonfrans formatında müşavirəsi keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin region sədrlərinin iştirakı ilə videokonfrans formatında müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirədə Kürdəmir, İmişli, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Lerik, Saatlı, Yardımlı, Sabirabad rayon təşkilatlarının Gənclər Birliklərinin sədrləri iştirak edib.

Müşavirədə çıxış edən Milli Məclisin deputatı, YAP GB-nin sədr müavini Ramin Məmmədov respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu vurğulayaraq, Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini, ötən altı ay ərzində siyasi, iqtisadi, mədəni və s. yönümlü tədbirlər keçirərək, gənclərin hərtərəfli inkişafına töhfə verdiyini, eyni zamanda koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərdə YAP gənclərinin xüsusi fəallığını diqqətə çatdırıb.

Videokonfransda çıxış edən Gənclər Birliklərinin sədrləri hesabat dövründəki fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində quraraq, ölkə Prezidentinin siyasi xəttini dəstəklədiklərini, Azərbaycan gəncliyinin hərtərəfli istiqamətdə inkişafı üçün müxtəlif tədbirlər həyata keçirdiklərini, pandemiya ilə əlaqədar görülən işlərdə yaxından iştirak etdiklərini bildiriblər.

Sonda videokonfrans iştirakçılarına qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.

Qeyd edək ki, YAP Gənclər Birliyinin sədrləri ilə keçirilən videokonfrans silsilə xarakter daşıyır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...