Misirin sabiq prezidenti Hüsnü Mübarək səhhətinin ağırlığı səbəbi ilə hərbi xəstəxanaya köçürülməyəcək. SİA-nın xəbərinə görə, ölkənin baş prokuroru bu gün bəyan edib ki, o, Şərm Əl-Şeyx xəstəxanasında nəzarət altında qalacaq. Daxili işlər naziri Mənsur Essavinin dediyinə görə, Mübarək təcrübəli həkimlər və lazımi təchizat olan xəstəxanada ciddi monitorinq altında saxlanır. 82 yaşlı Mübarək aprel ayının 12-də xəstəxanaya yatırılıb. Cinayət ittihamları ilə üzləşən sabiq prezident və onun iki oğlu Cəmal və Əlaa istintaqın bir hissəsi kimi 15 gün nəzarət altına alınmalı idi. Bu arada nümayişçilərin öldürülməsi ittihamı ilə üzləşən sabiq daxili işlər nazirinin məhkəməsi təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB