Mülahizələr və təsbitlər Trampın qərarının düzgün olduğunu göstərir - ŞƏRH ÖZƏL

"ABŞ prezidenti Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərar qəbul etməsi əslində sosial şəbəkələrdə hazırda mövcud olan informasiya xaosuna bir nizam gətirmək cəhdidir. Sosial şəbəkə adlandırdığımız internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin özəl biznes strukturlarıdır. Hazırki qlobal informasiya cəmiyyəti fonunda isə onların fəaliyyəti elə qlobal xarakter daşımaqla özəl olmaqdan çoxdan çıxıb və sosial-iqtisadi və ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi etibarı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən instutisional quruma çevrilib. Beləliklə də vaxtilə media haqqında deyilən 4-cü hakimiyyət ifadəsi sosial şəbəkələrə aid edildikdə artıq ikinci bəzi hallarda isə elə birinci hakimiyyət kimi ifadə edilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Onun Sözlərinə görə, hakimiyyəti xalqın iradəsi təyin edir hüquqi termini az qala hakimiyyəti sosial şəbəkələr və media təyin edir vəziyyətinə gəlib çatıb: "Çünki istənilən hakimiyyət təmsilçisinin ictimai obrazını formalaşdıran bu gün sosial şəbəkələrdir. Eyni zamanda istənilən hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirərək onu diqmatik olaraq ictimai fikrə təqdim edən də yenə sosial şəbəkələr və mediadır. Ancaq həqiqət isə ondan ibarətdir ki, sosial şəbəkələr və medianın formalaşdırdığı ictimai-siyasi obraz ya da siyasi portiret bir çox hallarda heç də obyektivə uyğun olmur. Beləliklə ictimai şüurla manipuliyasiya hadisəsi baş verir. Hələ bu da problemin hamısı deyil. Sosial şəbəkələr mənəvi sferadan başlamış mədəni – etik seferaya qədər hər yerdə dəyərləri bəzən terrorizə edir, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir və s. Ona görədə sosial şəbəkələrdə formalaşmış İctimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır".

H.Baboğlu qeyd edib ki, ABŞ Prezidentini də bu cür qərar qəbul etməyə vadar edən səbələr bunlardır: "Dünyanın ən demokratik ölkələrindən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan ölkənin birinci rəsmi şəxsinin, yəni Prezidentinin söylədiyi fikirlərini qeyri-dəqiq ola biləcəyi etiketi ilə yaymaq həmin Prezidenti əslində etibarsızlaşdırmağa cəhd etməkdir. Ona görə də burada hüquqi məsuliyyət yaranır və hüquqi tənzimləmənin zəruriliyi bir daha aktuallaşır. Göründüyü kimi bü mülahizələr və təsbitlər Trampın qərarının əslində düzgün olduğunu göstərir. Məsələ onadadır ki, sosial şəbəkələrin fəaliyyət təkcə ABŞ-da dediyimiz halların yaranmasına səbəb olmur eyni zamanda dünyanın bir çox ölkələrində o cümlədən Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oyanayır. Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi –siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya raporuna çevirməsi buna əyani sübutdur. Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir. Hazırki vəziyyətdə isə Trampın belə bir qərar qəbul etməsi sosial şəbəkələrin hüquqa dəvət edilməsi istiqamətində atılan ilkin addımlardan biri kimi qiymətləndirilməlidir. Ancaq şübhəsiz ki, sosial media və sosial şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır və hazırki mərhələdə sosial və hüquqi məsuliyyətini artıqmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə