Azərbaycan Prezidenti İlham Əliyev Adil Məcnun oğlu Məmmədovun Qobustan rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Prezidentin digər sərəncamı ilə Adil Məmmədov Biləsuvar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bundan başqa, Prezident İlham Əliyev Mahir Hacı oğlu Quliyevin Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Digər sərəncamla Mahir Quliyev Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Taleh Azay oğlu Qaraşovun Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Taleh Azay oğlu Qaraşov Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev İsmayıl Məhərrəm oğlu Vəliyevin Neftçala rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB