BP-nin regional prezidenti Azərbaycan Prezidentinə məktub göndərib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Biz BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional qurumu olaraq xalqınızla birlikdə 1918-ci ilin 28 mayını - Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin imzalanması ilə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət elan olunması tarixini şərəflə qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti özünəməxsus və zamanını qabaqlayan bir dövlət idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, onun əldə etdiyi nailiyyətlər müasir Azərbaycan Respublikasının rifahının əsasını qoydu.

Fürsətdən istifadə edərək, Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinə COVID-19-a qarşı böyük və səmərəli səylərlə mübarizə apardığına görə təşəkkür edirəm. Nazirlər Kabineti yanında Operativ Qərargah və digər aidiyyəti qurumlar Azərbaycanın aparıcı sənaye sahəsi olan neft və qaz sektorunda iş rejiminin düzgün səviyyədə qurulmasını təmin etdi. Bu, ölkənin mühüm enerji layihələrinin inkişafına, BP və onun tərəfdaşlarının lazımi daxili resurslarını cəmləyərək regiondakı əməliyyatlarını xüsusi karantin rejimi qaydaları ilə davam etdirməsinə kömək oldu.

BP Azərbaycanla əməkdaşlığının davamlı şəkildə genişlənməsinə böyük önəm verir və bu əməkdaşlığın gələcək məhsuldar inkişafını səbirsizliklə gözləyir.

Zati-aliləri, icazə verin, Sizə cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzulayım".

Bütün xəbərlər Facebook səhifəmizdə