“Yaşayış komplekslərinin Qarabağda da inşa olunacağının şahidi olacağıq” ÖZƏL-MÜNASİBƏT

Əlbəttə ki, məcburi köçkünlər və qaçqınlar üçün Azərbaycan dövlətinin qayğısı, himayəsi, Cənab Prezident İlham Əliyev tərəfindən və hörmətli vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət hər an gündəmdədir. Bu sözləri SİA-ya müsahibəsində politoloq Yusif Bağırzadə deyib.

Politoloq qeyd edib ki, “Qobu Park-3” kompleksinin açılışı, orada 13 yaşayış binasının istifadəyə verilməsi və Cənab Prezidentin oradakı çıxışı, Azərbaycanın məcburi köçkünlərinə, qaçqınlarına və Azərbaycan xalqına olan müraciəti, ölkə başçısının, eləcə də hörmətli vitse-prezident Mehriban xanım Əliyevanın qayğısının, diqqətinin isbatıdır və əlbəttə ki, istər məcburi köçkünlər, istərsə ümumilikdə xalq bunu hər an, hər vaxt hiss edir.
“Göstərilən qayğı hüdudsuzdur. Məçburi köçkün və qaçqınlar səriştəsiz AXCP hakimiyyətinin, dövlətçilik təcrübəsi olmayan bir hakimiyyətin səhvləri ucbatından yurd-yuvalarından məhrum olublar, didərgin düşüblər. Lakin, hazırda həmin insanların, məcburi köçkünlərin bu vəziyyətində onlara dəstək üçün Azərbaycan dövləti, Cənab Prezident çox işlər görür. “Qobu Park-3” kompleksinin açılışı bunun növbəti əyani sübutudur. Həmin açılışda qeyd olunduğu kimi, belə kömplekslərin açılışı heç də o demək deyil ki, həmin torpaqların azad olunması gündəmdə deyil. İşğal altında olan Azərbaycan torpaqlarının azad olunması bu gün gündəmdədir və gələcəkdə torpaqlarımız azad olunanda o torpaqlarda da həmin yaşayış məntəqələri, həmin şərait Azərbaycan dövləti tərəfindən yaradılacaq, infrastur da daxil olmaqla, yolların çəkilişi, binaların tikilişi, baxçalar, məktəblər öz yerində olacaq.
Hazırda torpaqların qaytarılması ilə əlaqədar məsələ, paket müqaviləsi gündəmdədir. Bu elə ATƏT-in də gündəmindədir. Ermənistan hakimiyyəti, indiki Paşinyan hakimiyyəti, ondan əvvəl Sarkisyan hakimiyyəti də, ondan əvvəl Köçəryan hakimiyyəti də bədbəxt erməni xalqını aldadıb və aldatmaqda da davam edir. Torpaqların mərhələli şəkildə azad olunması ilə bağlı Rusiyanın xarici işlər naziri Lavrovun bəyanatı özü də Ermənistan hakimiyyətini bir daha ifşa etdi və bir daha sübut elədi ki, Ermənistan dövləti öz xalqını aldadır. Yəni bu təkcə bizim dilimizdən deyil, artıq həmsədr olan dövlətlərin dilindən deyilir. Ancaq, Cənab Prezident də dəfələrlə qeyd edib ki, biz torpaqların hərbi yolla azad olunmasına hazırıq. Torpaqların azad olunması məsələsinin həlli bu müddətsiz ola bilməz və biz torpaqlarımızın hərbi yolla da azad olunmasına hazırıq.
Mən inanıram ki, torpaqların azad olunması istiqamətində Azərbaycan hökumətinin konkret təklifləri var, işləri var və biz bunu da görəcəyik. Belə yaşayış komplekslərinin isə Qarabağda inşa olunacağının da ən yaxın gələcəkdə şahidi olacağıq”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə