TBMM sədri azərbaycanlı həmkarına telefonla zəng edib.

Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şəntop həm öz adınan, həm də Türkiyə Böyük Millət Məclisinin üzvləri adınan Azərbaycan Respublikasının Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 may Respublika günü münasibəti ilə təbrik edib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarova öz "twitter" səhfəsində qeyd edib. Milli Məclisin Sədri Sahibə Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə