ABŞ hegomonluğunun sona çatacağı dövr açıqlandı

ABŞ hegomonluğunun sona çatacağı dövr açıqlandı

Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatı üçün maraqlı bir xəbər yayıb. SİA-nın məlumatına görə, dünya tarixində ilk dəfə beynəlxalq bir təşkilat ABŞ dövrünün sona çatacağı rəsmi tarixi açıqlayıb. Bu tarix təxmin ediləndən daha yaxındır. BVF-nin son təxminlərinə görə Çin iqtisadiyyatı 2016-cı ildə, ABŞ-ı geridə qoyacaq.

 

Fond hesab edir ki, gələn il ABŞ-ın prezidenti seçiləcək adam, Obama ya da Mitt Romney dünyanın ən böyük iqtisadiyyatın son prezidenti olacaq. Ancaq ABŞ bu reallıqla üzləşməyə hazır deyil. Hətta tarixin bu qədər yaxın olduğundan belə ölkə vətəndaşları xəbərdar deyillər. Hətta ən yaxın tarix kimi 2020-ci illər göstərilirdi. BVF iki ölkəni gerçək faiz nisbətlərinə görə müqayisə etməklə yanaşı, real iqtisadi məlumatları araşdıraraq və iki ölkənin satın alma güclərini müqayisə edərək belə bir nəticəyə gəlib. İnsanların qazandıqları və xərclədikləri pullar müqayisə edilib.

 

Çin iqtisadiyyatının böyüklüyü 2011-ci ildəki 11,2 trilyon dollarlıq səviyyədən 2016-cı ildə 19 trilyona çıxacaq. Eyni vaxtda ABŞ iqtisadiyyatının böyüklüyü 15,2 trilyon dollardan 18,8 trilyona yüksələcək. ABŞ-ın qlobal iqtisadi böyümədə payının 17,7 faiz olduğu halda, bu Çində 18 faiz olacaq və sonrakı illərdə daha da artacaq. Bundan yalnız on il əvvəl ABŞ iqtisadiyyatının böyüklüyü Çindən üç dəfə çox idi.

Bütün xəbərlər Facebook səhifəmizdə