İndoneziyada zəlzələ olub
İndoneziyanın qərbində, Qərbi Yava əyalətində Rixter şkalası ilə 5.4 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Ştatlar Geologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yerli vaxtla 13:39-da baş verən yeraltı təkanların episentri Tasikmalay şəhərindən 82 kilometr aralıda yerin 78.6 metr dəyinlində olub.
Xəsarət alanlar və dağıntı barədə hələ ki, heç bir məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə