Ermənilər atəşkəsi növbəti dəfə pozub

Ermənilər atəşkəsi növbəti dəfə pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 25-də saat 16.10-dan 16.30-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 26-da saat 01.30-dan 01.45-dək və 02.00-dan 02.05-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə