"Təxribat xarakterli addımların Ermənistana heç bir faydası olmayacaq" - AÇIQLAMA ÖZƏL
“Türkiyə ən başından bu günə kimi Yuxarı Qarabağdakı erməni işğalının tez bir zamanda sona çatmasını istəyir və bu istiqamətdə görülən işləri dəstəkləyir”. Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, Türkiyə Yuxarı Qarabağda işğal altında həyata keçirilən seçkiləri də heç vaxt tanımır və bu cür davranışların sülh danışıqlarına zərər verdiyini düşünür: “Bu cür davranışlar beynəlxalq hüquqa və bununla əlaqədar olan beynəlxalq təşkilatların qərarlarına da ziddir. Bütün bunlara baxmayaraq Şuşanın sözdə paytaxt elan edilməsi tərxribat xarakterli bir addımdır. Bütün dünyanın koronavirusla mübarizə apardığı bir zamanda bu cür addımların atılması çox maraqlıdır. Ermənistan hökumətinin son günlərdə artdığını gördüyümüz və qınadığımız bu cür təxribat xarakterli addımların heç kimə, amma ilk öncə Ermənistana heç bir faydası olmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB