“Türk Kızılayı İstanbuldakı sənədsiz azərbaycanlılardan öz yardımını əsirgəmir” - Oktay Hacımusalı FOTOLAR
Bu sözləri SİA-ya açıqlamasında Türkiyədə yaşayan Azərbaycanlı jurnalist Oktay Hacımusalı deyib. Jurnalistin sözlərinə görə, hal – hazırda dünyanı cənginə alan koronavirus pandemiyasına görə iş yerləri bağlanan sənədsiz azərbaycanlılara yerli qurumlar, bələdiyyələr, qeyri – hökümət təşkilatları yardımcı olurlar: “Bu günlərdə İstasnbuldakı diaspor fəallarının səsinə Kızılay İstanbul Esenyurt rayon təşkilatının sədri Atilla Yavuz səs verib. “İlk öncə İstanbulun Qazi Osman Paşa rayonunda azərbaycanlıların məskunlaşdığı Karadeniz məhəlləsi və Hüriyyət küçəsində yaşayan həmvətənlərimizin siyahıyaalınma prosesi başladı, deyə bildirən O.Hacımusalı əlavə edib ki, daha sonra isə həmin ərazidə yaşayan 140 nəfərə ərzaq məhsulları paylanılıb.
"Bu nəcib adımına görə biz öz adımızdan və diaspor təşkilatları adından Kızılay İstanbul Esenyurt rayon təşkilatına və təşkilatın sədri Atilla Yavuz bəyə öz təşəkkürümüzü bildiririk", deyən azərbaycanlı jurnalist hesab edir ki, edilən yardımlar, göstərilən davamlı dəstəklər bir daha Türkün Türkdən başqa dostu olmadığını sübut etdi”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB