Sağlam müxalifət və dialoq reallığı: Siyasi islahatlar daha nə vəd edir? ANALİTİK
Konstruktivlik fəaliyyətinə üstünlük verən elə partiyalar var ki, onların bir hissəsi könhə müxalifətçilik ənənəsindən imtina edərək, kənara çıxaraq, yeni siyasi mövqe nümayiş etdirirlər
Azərbaycanda gerçəkləşdirilən çoxşaxəli islahatlar fonunda reallaşan siyasi islahatlar sahəsində də kifayət qədər münbit nəticələr əldə olunmaqdadır. Xüsisilə, dğaıdıcılıqdan, destruktivlikdən və qaragüruhçuluq fəaliyyətindən imtina edən, siyasi baxışlarını konstruktivlik yolu ilə ictimailəşdirən müxalifət partiyaları da var ki, onların əsas məqsədlərindən biri də dövlətçiliyin inkişafına töhfə vermək, siyasi prüalizmə dəstək göstərmək, eyni zamanda demokratikləşmə prosesində rol almaqdan ibarətdir. Əbəs deyil ki, son vaxtlarda bu faktor özünü daha çox göstərməyə başlayıb. Onu da qeyd etmək olar ki, sağlam müxalifət və dialoq reallığının eyni zamanda günün tələbinə çevrilməsi mənzərisi də yaranıb. Bütün bunlar isə, əlbəttə ki, demokratik dəyərlərin inkişafında maraqlı olan Azərbaycan hakimiyyətinin uğurları sırasına əlavə etmək olar.
Bəs sözügedən prosesdə iştirak edən, yaxud bu prosesin marağında olan, dəstəkləyən müxalifət cinahı hansı fikirdədir? Belə ki, konstruktivlik fəaliyyətinə üstünlük verən elə partiyalar da var ki, onların bir hissəsi könhə müxalifətçilik ənənəsindən imtina edərək, kənara çıxaraq, yeni siyasi mövqe nümayiş etdirir, hakimiyyət-müxalifət dialoquna dəstək göstərir, ümummilli maraqlardan çıxış edirlər. Bu kimi partiya təmsilçilərinin daha öncələr də, hazırda da önə sürdükləri fikirləri maraqdoğurucudur….
AMİP hesab edir ki,qarşılıqlı inkarçılıq, qəbuletməzlik halları indiki dünyanın və regionun mürəkkəb şəraitində yolverilməzdir
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Orucov dialoq mühitinin olmasını çox vacib saymaqla yanaşı, həm də o fikirdədir ki, ölkədə iqtidar-müxalifət dialoqu iqtidarın, yaxud müxalifətin istək və maraqlarına uyğun zamanlarda deyil, daimi və davamlı olmalıdır. Belə ki, "Azərbaycanın taleyinə iqtidarın cavabdehlik daşıdığı kimi, müxalifətin də özünə görə məsuliyyəti var", deyən Ə.Orucova görə, dialoq mühiti həm də ona görə vacibdir ki, ölkənin problemlərinin həlli, qarşılıqlı etimad və inamın yaranması istiqamətində bir çox maneələri aradan qaldırmaq mümkün olar. AMİP funksionerinin sözlərindən həm də belə fikir hasil etmək olar ki, əslində qarşılıqlı inkarçılıq, qəbuletməzlik halları indiki dünyanın və regionun mürəkkəb şəraitində yolverilməzdir.
Söz yox ki, dövlətimizin başçısı, Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, müəyyən xarici qüvvələr ölkəmizə qarşı diktə dili ilə danışmağa cəhdlər göstərir, milli maraqlarımıza cavab verməyən vasitələrlə təzyiqlərə yol verirlər. Amma söz yox ki, Azərbaycan müstəqil dövlətdir və heç bir xarici qüvvə bizimlə bu dildə danışa bilməz. Məhz bu baxımdan, müxalifətin konstruktiv qanadı dialoq, qarşılıqlı anlaşma və ümummilli maraqlar kontekstindən çıxış edərək bu kimi halların qarşısının alınmasında öz dəstəklərini göstərmək əzmində olduqlarını sərgiləyirlər. Lakin təəssüflə qeyd edirlər ki, dialoq mühitinə bəzi qüvvələr yanlış mövqedən baxır, doğru olmayan qərarlar verirlər.
Əli Orucov: "Bəziləri yanlış olaraq iqtidar-müxalifət dialoqunu bazarlaşma kimi ictimaiyyətə təqdim etməyə çalışır"
Məsələn, "Onu da nəzərə almaq lazımdır ki, cəmiyyətdə gərginliyi, nifrəti və qısasçılığı körükləyən və buna rəvac verən qüvvələr var", deyən AMİP yetkilisinə görə, bəziləri yanlış olaraq iqtidar-müxalifət dialoqunu bazarlaşma kimi ictimaiyyətə təqdim etməyə çalışır: "Qardaş Türkiyənin təcrübəsindəki iqtidar-müxalifət münasibətləri, iqtidar-müxalifət dialoqu bizim üçün də bir nümunə ola bilər. Nədən biz müzakirələrimizi dəyirmi masa ətrafında apara və münasibətlərimizi sivil qaydada aydınlaşdıra bilmirik?! Sivil cəmiyyətlərdə bu müzakirələr və problemlərin həlli yolları küçələrdə, meydanlarda, internet resurslarında söyüş və təhqirlərdə deyil, parlamentlərdə, yaxud masa arxasında aparılır. Təsadüfi deyil ki, prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyində çıxışı zamanı toxunduğu məsələlərdən biri də bizi istəməyən qüvvələrin Azərbaycana qarşı atdığı və planlaşdırdığı məkrli niyyətləri barədə olub. Bu məkrli niyyətlərin qarşısını isə iqtidar təkbaşına ala bilməz. Ona görə də hesab edirəm ki, gözlənilən təxribat və sobatajın qarşısını almaq, eləcə də xarici təzyiqləri paylaşmaq üçün müxalifətlə əməkdaşlığa gedilməli, dialoqa başlanılmalıdır".
GAP sədri Ağasif Şakiroğlu: "Bu ölkə rəhbərliyinin yeni siyasi kursunun açıq nümayişi, eyni zamanda islahatlarının davamı və siyasi mədəniyyətin inkişafına böyük töhfəsidir”
Digər müxalifət təmsilçisi, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu isə düşünür ki, artıq radikalizm, dağıdıcılıq, destruktivlik kimi fəaliyyətlər köhnə siyasi təfəkkür məhsullarıdır və bu kimi uğursuz siyasətdən əl çəkmək lazımdır. O, dialoq mühitinin başlandığını, habelə normal, sivil və demokratik dəyərlərə cavab verən ab-havanın müsbət nəticələrə gətirib-çıxardığını da qeyd edib. SİTAT: "Həmçinin, qeydiyyatdan keçməklərini illərdir ki, gözləyən müxalifət partiyaları artıq bu istiqamətdə diqqətə alınmağa başlayıblar. Daha hər bir rəngarəng işi qara rəngdə görmək dövrü keçmişdə qalıb. Ölkədə çoxpartiyalı sistemin inkişafı, yeni siyasi islahatların aparılması, siyasi partiyaların dövlətçiliyin güclənməsi, demokratik Azərbaycan quruculuğu proseslərində iştirakı yeni siyasi partiyaların qeydiyyatı ilə nəticələnib. Uzun müddət ərzində yeni siyasi partiyaların qeydiyyat məsələsinin yubanması, eləcə də təsis edilmiş partiyaların dövlət qeydiyyatına alınmaması, bu məsələlərin beynəlxalq müstəvidə də öz narahatlılığını ifadə edib. Azad Demokratlar və Yeni Zaman partiyaların dövlət qeydiyyatına alınması ölkədə siyasi plüralizmin inkişafına, çoxpartiyalıq sistemin inkişafına gətirib çıxarır. Bu ölkə rəhbərliyinin yeni siyasi kursunun açıq nümayişi, eyni zamanda islahatlarının davamı və siyasi mədəniyyətin inkişafına böyük töhfəsidir”.
A.Şakiroğlu ümid edib ki, sədri olduğu GAP da başladılmış proseslərə öz töhfəsini verməkdə davam edəcək, eyni zamanda bu partiya da yaxın zamanlarda dövlət qeydiyyatından keçəcək: “Düzdür, rəhbəri olduğum Gələcək Azərbaycan Partiyası hələ dövlət qeydiyyatına alınmayıb. Amma əminəm ki, başladılmış proses uğurla davam edəcək və Gələcək Azərbaycan Partiyası da daxil digər fəaliyyəti olan real partiyalar da dövlət qeydiyyatına yaxın vaxtlarda alınacaqlar”.
Göründüyü kimi, artıq düşərgənin destruktivlikdən kənar, sivil müxalifətçilik yolu ilə təmsil olunan bu və bu kimi digər müxalifət partiyaları da yeni siyasi mühitin yaradılmasının tərəfdarı və dəstəkçiləri olaraq çıxış edirlər. Bu gerçəklik isə, əlbəttə ki, ilk növbədə qaragüruhçuluq, radikalçılıq və dağıdıcılıq kimi gərəksiz siyasi davranışları tarixin arxivinə yollamış olur. O cümlədən, ictimai rəy də bu addımları dəstəkləyir, yeni, müasir zamanın tələblərinə cavab verən siyasi prüalizm və inkişaf tendensiyasının dövlətçilik priszmasından çıxışına, inkişafına töhfələr verəcəyini düşünürlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB