"Azərbaycan innovasiyaların tətbiqində də dünyada liderliyini qoruyub saxlayır" ÖZƏL-MÖVQE

"Azərbaycan innovasiyaların tətbiqində də dünyada liderliyini qoruyub saxlayır" ÖZƏL-MÖVQE

"DOST məkrəzlərinin istifadəyə verilməsi bi mərkəzdə innovasiyalara əsaslanaraq şəffaf və rahat şəkildə sosial xidmətlərin təqdim edilməsi deməkdir. Bu mərkəzlərdə təqdim olunan xidmətlərdən vətəndaşların məmnunluğu 96%-dir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, 2025-ci ilə qədər 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da bütün ölkədə sosial xidmətlərə əl çatanlığının təmini deməkdir: "Bu mərkəzlərdə 130-dan çox xidmət təqdim olunur ki, bu da sosial müdafiəsinə ehtiyacı olan əhali təbəqəsinin maksimum məmnunluğunun təmini deməkdir. DOST mərkəzləri Azərbaycan intelektinin məhsuludur və bir çox ölkələr bu sahədə təcrübəmizin öyrənilməsinə müraciət etmişlər. Azərbaycan hər zaman olduğu kimi innovasiyaların tətbiqində də dünyada liderliyini qoruyub saxlayır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə