Erməni professor: “Tehran regionda Ankaranın artan rolunun qarşısını almaq üçün erməni faktoruna söykənir”
Tehran regionda Ankaranın artan rolunun qarşısını almaq üçün erməni faktoruna söykənir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Təbiət Elmləri Akademiyasının professoru Arkadi Avetasyan İrəvanda keçirilən beynəlxalq konfransda deyib.
2008-ci ilin avqustundakı Rusiya-Gürcüstan müharibəsindən sonra regionda və aparıcı oyunçuların iddialarında dəyişiklik olduğunu deyən ekspert bildirib ki, müharibədən sonra Türkiyə və Avropa İttifaqı Moskvanın xeyrinə Vaşinqtona qarşı mövqe alıb. Avetasyan hesab edir ki, Ankara regional oyunçu kimi Moskva ilə rəqabət aparmağa başlayıb. Ekspert Türkiyənin bu istəyinin Ermənistan ilə normallaşma prosesində də göründüyünü bildirib.
A.Avetasyanın qeyd edib ki, Ermənistan-Türkiyə əlaqələrinin normallaşması Tehranın maraqları ilə üst-üstə düşmür: "Sadə dillə desək, İran regional oyunçu kimi Ankaranın artan rolunu narahatlıqla qarşılayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB