Müxalifətin şikəst təfəkkürü, saxta əməli - ŞƏRH

Müxalifətin şikəst təfəkkürü, saxta əməli - ŞƏRH

Yaxud radikal müxalifətin fəaliyyəti təhqir və əxlaqsızlıqdan ibarətdir

Bu fikir ictimaiyyət tərəfindən dəfələrlə vurğulanıb, bu aksiomadır – təfəkkürü şikəst olanlar, ancaq iyrənc və saxta əməllər sahibi olur. Və müşahidələr də göstərir ki, söyüş, təhqir, əxlaqsızlıqlarla dolu dırnaqarası siyasi mübarizə metodları radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib. Bu istər seçki kampaniyaları dövründə, istər ölkəmizdə keçirilən yüksək tədbirlər ərəfəsi, istərsə də dünya dövlətlərinin «soyuq müharibə» ilə – koronavirusla mübarizə apardığı zaman sivil mübarizə bacarıqsızlığı, siyasi naqislik və zəiflik bu düşərgə mənsublarının əsl mahiyyətini açıb ortaya qoyur. Hakimiyyətə, ictimaiyyət nümayəndələrinə, ziyalılara, eləcə də onların şər-böhtan kampaniyalarına dəstək verməyən insanlara qarşı qeyri-əxlaqi davranışlar, təhqirlər radikal müxalifətin əxlaq probleminin olduğunu tam sübuta yetirir.

Şər, böhtan, qara yaxma üslübü ilə seçilən radikal düşərgə indi də öz leksikonunu küçə söyüşləri ilə zənginləşdirib. Adları indiyə qədər cəmiyyətə məlum olmayan şəxslərin simasında müxalifət özünə yeni silahdaşlar tapıb. Əslində, bu əxlaqsız mübarizə metodunun müxalif düşərgə üçün heç də yad olmadığını göstərən yaxın keşmişdə kifayət qədər sübutlar var. Bunun üçün cəmiyyətə özünü «anna» müxalifət kimi sırımağa çalışan Əli Kərimli və onun silahdaşlarının sırasına nəzər yetirmək kifayətdir. Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Türkel Kərimlinin vaxtilə yayılmış videoları hələ də unudulmayıb. Bu satqınların təmsil olunduğu düşərgənin öz əxlaqsızlıqlarını siyasi mübarizə səhnəsinə daşıması ola bilsin ki, onlar üçün normal haldır. Adını "siyasi mübarizə" qoyub qarşılarındakı insanları küçə söyüşləri ilə təhqir edən bu insanlar onları ilk növbədə öz ailə üzvlərinin izlədiyinin yəqin ki, fərqindədirlər. Amma görünür onlar öz ailələrinə də bunu rəva görürlər.

Araşdırmalar göstərir ki, radikal düşərgə təmsilçiləri öz güclərini Avropadakı məlum anti-Azərbaycan şəbəkədən alırlar və fəaliyyətlərini də buna uyğün koordinasiya edirlər. Əxlaqı korlanmış "sosial media qəhrəmanları" Avropada oturub Azərbaycan əleyhinə təbliğat aparırlar və radikal düşərgə təmsilçilərinə konkret istiqamət verirlər. Amma maraqlısı odur ki, xaricdəki siyasi buqələmunlar etiraz formalarını açıq və sivil formada göstrərmək üçün məkan olaraq izdihamlı yerləri yox, ayaqyollarını seçirlər. Bununla da mahiyyət etibarilə "ayaqyolu müxalifəti" funksiyasını daşıdıqlarını göstərirlər.

Ən iyrənc yola rəhbərlik edən Əli Kərimli "ayaqyolu müxalifəti"nə də rəhbərlik etməyi ilə «qürur» duyur. Bu təəccüb də doğurmur. Çünki Əli Kərimli birbaşa nəzarətində olan cəbhə trolları da ən təhqiramiz ifadələrlə insanların heysiyyatına toxunurlar. Onlar üçün müqəddəs dəyərlər artıq yoxdur. Əxlaq problemləri mövcud olan bu şəbəkənin konkret missiyası var: "bizi dəstəkləməyənlər düşmənlərimizdir". Ancaq bir əxlaqsızlıq, mənəviyyatsızlıq baş verdikdə isə bunu sosial şəbəkə vasitəsilə tirajlayırlar. O zaman…

“Vicdan susanda”….

Bu yerdə bir faktı xatırlamaq istərdim. Belə ki, "Milli Şura"nın sədirciyi Cəmil Həsənli deputat olduğu zaman, yəni 2010-cu ildə Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində çıxış edərək nə demişdi? “Bu gün 2011-ci ilin dövlət büdcəsi müzakirə olunur. Demək istəyirəm ki, müzakirəyə təqdim olunan büdcə kifayət qədər peşəkarcasına hazırlanıb. Bununla belə, büdcə gəlirləri artım tempini saxlamaqdadır. Təbii ki, bu, müsbət tərəfdir. Büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bir-iki məsələni qeyd edərək, digər fikirlərimi sizlərə çatdırmaq istəyirəm. Sadəcə olaraq, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı təhsil sisteminə diqqətinizi yönəltmək istərdim. Qeyd etmək istəyirəm ki, son bir neçə ildə büdcə və qeyri-büdcə vəsaiti hesabına Azərbaycan məktəblərinin maddi-texniki bazasının təkmilləşdirilməsi, məktəb binalarının yenidən tikilməsi istiqamətində çox böyük uğurlar əldə edilib. Azərbaycanda məktəb fondunun 40 faizi yeniləşib ki, bu da son dərəcə müsbət hadisədir. İkincisi, Azərbaycan Təhsil Nazirliyi tərəfindən uzaq dağ kəndlərinə müəllimlərin xüsusi şərtlərlə göndərilməsi istiqamətində büdcə vəsaitindən səmərəli istifadə edilir. Ümid edirəm ki, bütün bunlar təhsil və xüsusilə orta məktəb sisteminin qaldırılması istiqamətində Təhsil Nazirliyinin götürdüyü xətti doğruldacaq”. Bizcə, hər şey aydındır!

Əslində, C.Həsənlinin hədyanlarına cavab verməmək də olardı. Ancaq bəzən insan ləyaqətini gözləyib susanda, “vicdan da susur”! Vicdan susanda isə faciələrin ardı-arası kəsilmir. Xüsusilə, mövzu Vətən, Dövlət və Qarabağdırsa, səbir kasası daşa bitər!

Budur, Əli Kərimlinin ətrafında olan C.Həsənli və onun kimi şikəst təfəkkürlülərin saxta əməlləri...Budur onların lərin əsl simaları!

Bu yerdə YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov onların əsl siması ilə bağlı dediyi fikirlər: "Ermənilərdən pul alan, rəqiblərinin əleyhinə bütün separat danışıqlara gedən, sosial dəstəyə və elektorata malik olmadığına görə qorxudan heç bir seçkiyə qatılmayan, adı ictimai rəydə xəyanət və satqınlıq ifadələri ilə assosiasiya olunan Əli Kərimlinin indi “internet şousu” vasitəsilə özünü qəhrəmana çevirməyə, hakimiyyəti isə ləkələməyə çalışması cəhdləri cılız səylər kimi iflasa məhkumdur. Nəticə etibarilə, bu gün Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyası aparan, ölkəmizin uğurlarına kölgə salmağa çalışan, xalq-iqtidar birliyini, ictimai-siyasi sabitliyi və milli həmrəyliyi pozmağa cəhd edən antimilli ünsürlər, sadəcə olaraq, erməni mənşəli şəxslər və erməni çörəyi yeyənlərdir!".

Beləliklə, göründüy kimi, erməni çörəyi yeyən bu viruslar bütün əhali üçün böyük təhlükə mənbəyi olan koronavirus infeksiyasından öz çirkin məqsədləri üçün istifadə etməkdən çəkinməyən bədbəxt və rəzillərdir. Və onlar hər hansı iddia, “bəyanat” səsləndirərkən yalnız özləri deyib-özləri eşidirlər. Cəmiyyətimizdə onların heç bir dayağı yoxdur və bundan sonra da olmayacaq.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə