"Həyata keçirilən islahatlar siyasi açılımı özündə ehtiva edir" RƏY-ÖZƏL
“Korrupsiya və rüşvətxorluğa qarşı dövlətin prinsipal olaraq davam etdirdiyi həbslərinin yuxarıdan başlayaraq davam etməsi, yeni siyasi mənzərənin formalaşmasına gətirir. Sözügedən həbslər ölkədə vətəndaş cəmiyyətinin inkişafına, demokratik dəyişikliyə hesablanıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin birbaşa başçılığı ilə bu islahatların mərhələli şəkildə aparılması daxili və xarici siyasətdə ölkənin mövqeyinin güclənməsinə, xalqın dövlətə etimadının daha da artmasına gətirib çıxarır: “Qeyd edim ki, həm müxalifətdə, həm də iqtidarın içində bəzi şəxslər islahatlara mane olmaq, əks-təbliğat aparmağa çalışırlar. Lakin bu cəhdlərin qarşısı ölkə prezidenti tərəfindən qətiyyətlə alınmaqdadır”.
Politoloq qeyd edib ki, dövlət başçısı tərəfindən aparılan siyasətə dövlətçilik baxımından dəstək verilməlidir: “Çünki hazırkı situasiyada bu islahatlar siyasi açılımı özündə ehtiva edir. Məhz siyasi münasibətlər sistemində demokratik prosesə zərbə vurmaq yox, dəstək vermək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB