“O tərbiyəsiz qrupun bütün üzvləri qanun qarşısında cavab verəcək” RƏY-ÖZƏL
“Bu yaramazların, xarici kəşfiyyatlara işləyən buyruq qullarının, anti-milli ünsürlərin hamısı enində-sonunda ədalət mühakiməsinə təslim ediləcək. Onların hər biri hüquq qarşısında, qanun qarşısında, məhkəmə qarşısında, xalq qarşısında cavab verəcəklər. Daha dəqiqi, cavab verməli olacaqlar”. Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev “söyüş müxalifəti” kimi tanınan dəstənin üzvü Qabil Məmmədovun Azərbaycana qaytarılması ilə bağlı işləmlərin başlanmasına münasibət bildirərkən söyləyib.
“Yeni Baş Prokuror Kamran Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. O, dərhal məsələyə reaksiya verdi. Ekstradisiya müqavilələri incələndi və ilkin addımlar atıldı. Biz bunu çoxdan tələb edirdik. Şəxsən mənim parlamentdə məlum mövzu ilə bağlı bir neçə çıxışım, eyni zamanda hüquq-mühafizə orqanlarına müraciətlərim olub. Həmkarlarımın əksəriyyəti də bu mövqeni bölüşüblər ki, həm qanuna, həm əxlaqa, həm adət-ənənələrimizə zidd fəaliyyət göstərən söyüşcüllər, təhqir maşınının canlı vintləri tez bir zamanda ölkəyə qaytarılmalıdır. Və artıq ortada real icraat var. Proses ciddi bir şəkildə başlayıb. Gözəl xəbərdir. Təqdir edirəm. Ayrıca, prokurorluq orqanlarında çalışan peşəkar hüquqşünaslara da təşəkkürümü bildirirəm. Arzum budur ki, o tərbiyəsiz qrupun bütün üzvləri qanun qarşısında gec olmadan cavab versinlər” – deyə millət vəkili fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB