"Mərkəzlər Azərbaycan gəncliyinin intellekti üzərində qurulub" ÖZƏL-MÜNASİBƏT
"Ümumilikdə DOST mərkəzinin yaradılması Azərbaycanda sosial sahənin nə qədər önəmli və nə inkişaf etməsinin əyani təzahürüdür. Əgər biz DOST mərkəzlərinə müraciət əmsallarını götürsək görərik ki, 96 faiz bəyənmə vardır. Bu çox yüksək rəqəmdir". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.
"Heç də təsadüfi deyil ki, bir neçə digər xarici dövlətlər də DOST mərkəzinin öz ölkələrində tətbiq edilməsi üçün Azərbaycana müraciət edib. Cənab Prezidentimiz bir daha AZTV-yə verdiyi müsahibəsində də qeyd etdi ki, DOST mərkəzinin digər ölkələrdə tətbiqi üçün Azərbaycan dövlətinin qapıları onlar üçün açıqdır. Bu gün Azərbaycan bütün dövlətlərlə (Ermənistan istisna olmaqla) dostluq, humanizm və əməkdaşlıq münasibətlərini davam etdirir. Eyni zamanda ölkə başçısı bildirdi ki, bu gün dünyada baş verən hadisələr fonunda DOST mərkəzinin açılışı çox önəmli bir hadisədir. Çünki XXI əsrdə dünya informasiya, texnologiya üzərində qurulub və texnologiya günbəgün yenilənir. Bu DOST mərkəzi də Azərbaycanın daxili resursları hesabına qurulub. Biz bura “ASAN” Xidmət mərkəzini də əlavə edə bilərik. Bu mərkəzlər Azərbaycan gəncliyinin intellekti üzərində qurulub. Cənab Prezident həmçinin ölkədə həyata keçirilən sosial tədbirlərlə bağlı geniş söhbət açıb. Qeyd etmişdir ki, koronovirus pandemiyası dövründə Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Bununla belə dövlət başçısı vurğuladı ki, sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Artıq sirr deyil ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Bütün bunlar Azərbaycan dövlətinin ölkə vətəndaşlarına olan münasibətindən irəli gəlir”-deyə, deputat fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB