"Gündəliyə əlavələrlə bağlı ayrılan yarım saat çox azdır” Deputatdan narazılıq

"Gündəliyə əlavələrlə bağlı ayrılan yarım saat çox azdır” Deputatdan narazılıq
Milli Məclisin deputatı gündəliyə əlavələrlə bağlı ayrılan yarım saatın azlığı ilə bağlı narazılığını bildirib. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsində və "Turizm haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Aydın Mirzəzadə deyib: "Burada olan deputatlar regionlardan aldıqları təklifləri səsləndirmək, dövlətimizlə bağlı aktual mövzularda fikir bildirmək istəyirlər. Gündəliyə əlavələr vaxtının yarım saatdan 1 saata qaldırılmasını təklif edirəm".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə