Aprelin 24-də ermənilərin uydurma "soyqırım"ının ildönümünü qeyd etdikləri vaxt azərbaycanlılar Türkiyə bayrağı ilə küçələrə çıxıblar. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Rusiyanın Tver şəhərində baş verib. Bunu görən ermənilər azərbaycanlılara hücum ediblər. Bu da tərəflər arasında toqquşmaya səbəb olub. Davada hər iki tərəfdən 60-adək insan iştirak edib. İnsident nəticəsində 8 nəfər yaralanıb, 23 nəfər həbs olunub. Yaralılardan bəziləri xəstəxanaya yerləşdirilib. İnsident zamanı travmatik tapançalardan da istifadə edildiyi bildirilir.
Rusiya mətbuatının yaydığı xəbərə əsasən üzərindən bir gün keçməsinə baxmayaraq vəziyyət gərgin olaraq qalır. Bu gün səhər yenidən tərəflər arasında toqquşma qeydə alınıb. İnsident zamanı travmatik tapançalardan və soyuq silahdan da istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB