“Paşinyanın beyni, təfəkkürü o qədər faşizmlə doludur ki,.." ÖZƏL-MÖVQE
“Bu gün Paşinyandır, dünən Njde olub, başqa vaxt başqası olubdur. Yəni, burada yalnız və yalnız dəyişən şəxslərdir. Cənab Prezident bütün möhtərəm tədbirlərdə, beynəlxalq konfranslarda və digər platformalarda hər zaman Ermənistanın xunta rejimi olduğunu bəyan edib”. Bunu SİA-ya YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, onların dövlət təməli elə qurulub ki, şəxslərdən asılı olmayaraq – bundan qabaq Sarkisyanı olsun, ondan qabaqki prezidentləri olsun, hər biri yalnız və yalnız dünyadan təcrid olunmuş insanlardır: “Paşinyanın beyni, təfəkkürü o qədər faşizmlə doludur ki, bəzən o faşistlərlə müharibədə döyüşənləri və digər məslələrdən həlak olanları hələ də bir-birindən ayıra bilmir. Çünki onun təfəkkürü ondan ibarətdir. Mən də düşünürəm ki, Azərbaycan Prezidenti Paşinyana layiqli yerini bildirib.
Ermənistanda normal bir rejim yoxdur. Oranı idarə edənlər ancaq faşist təfəkkürlü insanlardır və öz xalqlarını da uçuruma aparırlar. Bu da göz qabağındadır. Sosial, iqtisadi, regiondan təcrid məsələlərində görünür ki, bu həqiqətən də tam isbat olunmuş məsələdir ki, idarəetmələri nasizm, faşizm üzərində qurulmuşdur. Belə sistemlər də çox uzun ömür sürməz. Çünki buna qarşı artıq insanlarda bir qıcıq başlayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB