"Milli Şura" siyasi səhnədən getməli, xalqdan üzr istəməlidir" GƏNC FƏAL

"Milli Şura" siyasi səhnədən getməli, xalqdan üzr istəməlidir" GƏNC FƏAL

"Milli Şura" adlanan saxta qurumun sədri Cəmil Həsənlinin rəhbərliyi və anti-milli ünsürlərin iştirakı ilə keçirilən rüsvayçı video-toplantı onların illərdən bəri formalaşmış qara xislətli iç üzlərini bir daha göstərdi”. SİA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasnın Gənclər Brliyinn üzvü, gənc fəal Hüseyn Qurbanov bildirib.

Onun sözlərinə görə, “Milli Şura”nın başbilənləri xalqa, dövlət maraqlarına qarşı çıxdıqlarını bir daha sübut ediblər və səsləndirdikləri təhqiredici fikirlərinə görə üzr istəməli, siyasi arenanı isə tərk etməlidirlər: “Bur gənc olaraq, belə ünsürlərin Azərbaycan siyasətində yer almalarını doğru hesab etmirəm, çünki onların fəaliyyətləri demokratiyaya deyil, demokratiya adı altında dövlət, xalq maraqlarına qarşı çıxmaqdır. Təəssüf ki, bəzi aldadılmış gənclər də onların yalanlarının qurbanlarına çevriliblər və nə qədər gec deyil, gələcək həyatlarını qurmaq üçün onları tərk etməlidirlər”.

“Biabırçı canlı yayımda özləri öz aralarında xəbərdarlıq edilmələrinə baxmayaraq təhqiri, söyüşü bir az da çoxaldıblar”, hətta "demişəm, yaxşı etmişəm" kimi ifadələr səsləndiriblər”, deyən gənc fəal əlavə edib ki, milli mentallitemizə yaraşmayan mövzuları gündəmə gətirməklə milli-mənəvi dəyərlərimizə də təsir etməyə çalışıblar: “Bir gənc olaraq, mən də öz etiraz səsimi ucaldaraq, belə qaragüruhçuların siyasi səhnədə yerlərinin olmadığını düşünürəm. Onlar cəmiyyət qarşısında məsuliyyət daşıyırlar, buna görə də cavab verməlidirlər”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə