Bahar Muradova: “Dialoq kimlərinsə siyasi maraqları, hakimiyyət iddiaları, şəxsi qrup maraqları ətrafında olmamalıdır”
"Parlamentdə və kənarda təmsil olunan siyasi partiyaların nümayəndələri qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı mütəmadi olaraq görüşlər keçirirlər". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O, qeyd edib ki, bizi birləşdirən milli maraqlar olan yerdə fikir ayrılığına, müxtəlifliyinə yer yoxdur: "Bu da milli maraqlar uğurunda türk dünyasından olan dövlətlər arasında heç bir siyasi fərqin olmadığının və ölkələr arasında siyasi dialoqun öz-özünü alındığının bir sübutudur. Bu eyni zamanda "Azərbaycan cəmiyyətində dialoqa ehtiyac varmı?" söyləyənlərə bir cavabdır. Çünki bu gün Azərbaycan və türk cəmiyyətlərində dialoq məhz erməni yalanlarının qarşısının alınması istiqamətində olmalıdır. Dialoq kimlərinsə siyasi maraqları, hakimiyyət iddiaları, şəxsi qrup maraqları ətrafında olmamalıdır. Ona görə bu həm ictimaiyyətə və cəmiyyətə bir mesajdır ki, bəli, bizim dialoq ətrafında aparılacaq müzakirələrimiz bunlardır".
Türk dünyasına qarşı yönələn dünya erməni yalanları ifşa olunmalıdır. B. Muradova deyir ki, erməni saxtakarlığı, yalanı qarşısında həqiqət dayanmalıdır. Çünki həqiqət ümumtürk gücüdür: "Bu yalan və saxtakarlıq ümumiyyətlə tarixini, mədəniyyətini, yaşayışını, mövcudiyyəti, hədəfi, gələcəyi yalana əsaslanan bir millətin öz xislətini göstərməyə xidmət edirdisə, bu tarixin, dünyanın, allahın çox gözəlliklər bəxş etdiyi Türk dünyasının, türk xalqlarının əzablarına, əziyyətlərinə gətirib çıxarıb. Özlüyündə bu xalqları birləşdirən ümumi tarixin oxunu dəyişməyə, bu xalqları bir-birinə qarşı qoymağa, xalqın malik olduğu dəyərləri özününkiləşdirməyə yönələn böyük bir siyasətin, yəni dünya erməniliyinə xidmət edən siyasətin göstəricisi olub. Bu gün bu yalan qarşısında gerçək dayanmalıdır. Türkiyə ayrıca dövlət kimi olarkən bəlkə heç kəs bu haqda düşünmürdü. Hər kəs düşünürdü ki, mən ayrıca böyük, müstəqil dövlətəm və erməni yalanı, yalançı "soyqırım"ın xırda iddialarına baş qoşmamalıyam. Bu fikirlər son 10 ilə gəlib çıxırdı. Lakin hazırda bu yalana qaşı yönələn bütün addımlar öz bəhrəsini verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB