“Azərbaycan koronavirusdan ən az zərər çəkən ölkələrin siyahısında ilk sıralarda dayanır”. Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, vaxtında görülən qabaqlayıcı tədbirlərin sayəsində virusun ölkəmizi cənginə almasına imkan verilmədi: “Hesab edirəm ki, dövlət və xalqın təbii müttəfiqliyi sayəsində ən çətin dövrü arxada qoya bildik. Amma pandemiyadan çıxarmalı olduğumuz çox vacib "dərs"lər də var. Pandemiya sübut etdi ki, xəstəlik gələndə var-dövlətlə, sərvətlə onun qarşısını almam müükün deyil. Koronavirus insan üçün ən vacib nemətin cansağlığı olduğunu xatırlatdı. Pandemiya insanları başa saldı ki, dünyanın malı dünyada qalacaq, var-dövlət, naz-nemət üçün qırğın etməyə dəyməz. Mən sıravi jurnalistəm, hamı kimi dolanıram. İki ayaqqabım var. Pandemiya dövründə hər iki ayaqqabım qarderobda "yatdı". On beş ayaqqabısı olan dostlarım var. Karantin rejimində onların da həmin 15 ayaqqabısı qarderobda "yatdı". Birimiz darısqal mənzilimizdə, digərimiz beşmərtəbəli villamızda "ev dustağı" olduq. Pandemiya insanları başa saldı ki, bir-birinizin ayağından çəkməyin, bir-birinizin qayğısını çəkin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB