"Trampın məktubu ölkələrimiz arasında möhkəm əməkdaşlığın olduğunu təsdiq edir" RƏY-ÖZƏL
“ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Eyni zamanda, diplomatik münasibətlər qurduğumuz ölkələr arasında ABŞ ilk sıralarda dayanır. Azərbaycan ilk diplomatik korpuslarından biri məhz ABŞ-da açılıb. Bütövlükdə müstəqlik əldə etdiyimiz 29 il ərzində ABŞ-Azərbaycan münasibətləri hər zaman yüksələn inkişaf xətti üzrə addımlayıb. Cənab Trampın məktubu da bunun növbəti sübutudur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bildirib ki, rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində onu yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir: “ Donald Trampın məktubu ölkələrimiz arasında təhlükəsizlik, enerji, regional münaqişələrin dinc yolla həlli və digər sahələrdə möhkəm əməkdaşlığın olmasını bir daha təsdiq edir".
E. Səlimov qeyd edib ki, Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir: “Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Ümumiyyətlə, Azərbaycan ABŞ münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib”.
Ölkəmizin qətiyyətli enerji siyasətinin ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrildiyini xüsusi qeyd edən deputat vurğulayıb ki, ABŞ həmsədr ölkə kimi ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasında nizamlayıcı rolu və təşəbbüskarlığı ilə fəal mövqeyə malikdir: “Son illərdə iki ölkə arasında siyasi, ticari-iqtisadi və strateji sahələrlə bərabər, enerji, nəqliyyat, humanitar, mədəni, elm, təhsil, informasiya texnologiyaları kimi sahələrdə də qarşılıqlı əməkdaşlıq davamlı olaraq inkişaf edir. Prezident İlham Əliyevin ABŞ-a səfərləri zamanı apardığı səmərəli danışıqlar və imzalanmış bir sıra mühüm sənədlər ölkələrimiz arasındakı münasibətləri yeni, əsl tərəfdaşlıq səviyyəsinə yüksəldib. Ölkələrimiz arasında münasibətlər daha geniş şaxə alaraq regional və beynəlxalq təhlükəsizlik, hərbi əməkdaşlıq məsələlərində də özü qabarıq şəkildə göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB