“Vətəndaşların sağlamlığı dövlətimiz üçün birinci dərəcəli vəzifədir” ÖZƏL-MÜNASİBƏT

“Vətəndaşların sağlamlığı dövlətimiz üçün birinci dərəcəli vəzifədir” ÖZƏL-MÜNASİBƏT

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Bu sözləri SİA-ya müsahibəsində politoloq Yusif Bağırzadə deyib. Politoloq qeyd edib ki, Azərbaycan vətəndaşları artıq uzun illərdir ki, ölkə başçısı tərəfindən aparılan siyasətin vətəndaşa qayğı, onun rifah halının yaxşılaşdırılması və firavan yaşamını təmin etmək istiqamətində olduğunun şahididirlər.

“Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən olub və bu siyasət bütün dünyanı bürüyən pandemiya dövründə də davam etdirilib. Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahənin də yüksəlməsinə səbəb olub. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafəsini də gücləndirmək üçün möhkəm zəmin yaradıb. Məhz bunun nəticəsidir ki, ölkədə sosial məsələlərin həlli ilə bağlı çoxsaylı Dövlət proqramları qəbul olunub, böyük layihələr həyata keçirilib.

Pandemiyada dövründə də cənab prezidentin təklifləri əsasında Azərbaycan hökuməti tərəfindən vətəndaşlarımızın problemlərinin aradan qaldırılması istiqamətində çox ciddi adımlar atılmışdır. Bu addımlar vətəndaşlarımızın bu ağır vəziyyətdən itkisiz çıxmasına xidmət edir. Üst-üstə 3,5 milyard manatlıq dövlət dəstəyi paketinin 44 min sahibkarlıq subyektlərində çalışan 300 min insanın əmək haqqısının ödənilməsinə, qeyri-neft sektoru üzrə 600 min vətəndaşın məvacibinin verilməsinə, 200 mindən çox makro və fərdi sahibkarlıqdan faydalanan insanların zərərlərinin qarşılanmasına, 600 min işsiz vətəndaşımıza ödəmələrin edilməsinə sərf olunması olduqca təqdirəlayiqdir və alqışlanmalıdır. Bununla yanaşı işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min nəfərin işlə təmin olunması, kommunal xidmətlərdə güzəştlərin edilməsi, banklar tərəfindən sahibkarlara verilən illik 500 milyon manat həcmində kreditlərin 60 faizinin dövlət tərəfindən ödənilməsi, bir milyard manat həcmində mövcud bank kreditləri üzrə 10 faiz subsidiyalaşdırılma nə qədər böyük işlərin görülməsindən xəbər verir.

Pandemiya dövründə vətəndaşların sosial problemlərinin həlli istiqamətində atılmış adıımlardan danışarkən yaşı 65-dən yuxarı olan 15 000-dən artıq tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işlərinin həyata keçirildiyini də qeyd etmək lazımdır.

Bütün bunların nəticəsidir ki, bu gün dünya mətbuatında Azərbaycanın pandemiya dövründə atdığı addımlar, koronavirusla mübarizə çərçivəsində gördüyü işlər, eləcə də vətəndaşların sosial problemlərinin həlli ilə bağlı çoxlu yazılar gedir və pandemiya ilə mübarizədə Azərbaycan nümunəsi təbliğ olunur.

Koronavirusla mübarizədə Azərbaycan xalqı da bir daha əmin oldu ki, vətəndaşların sağlamlığı, onların problemlərinin həlli dövlətimiz üçün birinci dərəcəli vəzifədir”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə