"Bunlar öz miskin talelərini yaşayırlar və cəzalarını alırlar" ÖZƏL-MÜNASİBƏT

"Bunlar öz miskin talelərini yaşayırlar və cəzalarını alırlar" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə istənilən bir məsələnin doğuşuna nəzər yetirmək lazımdır. Yəni "Milli Şura" yarananda özü naqis oldu. Heç kimə sirr deyildi ki, Rusiyada “Milyarderlər İttifaqı” yaradılmışdı. Rüstəm İbrahimbəyov həmin İttifaqın üzvü idi. Həmin üzü olan bir adam gəlib "Milli Şura"nın sədri seçildi. Hətta o prezidentliyə namizədliyini də irəli sürdü. Bu zaman məlum oldu ki, o Rusiya vətəndaşıdır və prezidentliyə namizədliyini də verə bilməz. Bu elə "Milli Şura"nın faciəsinin əsasıdır. Həmin quruma geniş xalq kütlələrinin, siyasi qüvvələrin rəğbəti olmadı eyni zamanda Müsavatın özü çalışırdı ki, buradan yetərincə uzaq olsun. Amma təzyiq altında orada qalmışdı. Yəni bu məcburi bir birlik idi. "Milli Şura" uğursuzluğa düçar olandan sonra ilk növbədə Rüstəm İbrahimbəyov ondan gen qaçdı. Biz dağılma prosesini zaman-zaman gördük". Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədrinin sözlərinə görə, bu yaxınlarda da onlar özlərini istədilər ki, videokonfrans şəklində təqdim etsinlər: "Amma onlar lap açıq şəkildə biabır oldular. Çünki əvvəllər buna əlahiddə ayrı-ayrı adamlar reaksiya verirdi və tək-tək adamlara ittihamlar irəli sürülürdü. Lakin bu gün bütün "Milli Şura"nın özünün aparıcılarında, rəhbərlərində hamının gözünün qarşısında bir murdarlıq, bir-birlərinə qarşı ittihamlar hökm sürür. Təbii ki, bu belə də olmalı idi. Biz orada “Real” hərəkatının, Müsavatın aşağılanmasını gördük həmçinin Vətəndaş Həmrəyliyi Partiyasından olan Rafiq Manaflının dediyi sözlərin şahidi olduq. Hətta orada kimsə canlı efir olduğunu xəbərdarlıq etsə də onlar buna məhəl qoymayaraq bildiklərini edirdilər. Orada Eldəniz Quliyev və digərləri də əvvəldən ittiham olunurdu. Buna dərhal Rüstəm İbrahimbəyov reaksiya verdi. Çünki onlar kino sənətində bir-birinə yaxın idilər. Təbii ki, "Müsavat" da öz cavabını verdi və hətta Cəmil Həsənlidən, Gültəkin Hacıbıylidən, Əli Kərimlidən və digərlərindən üz istəmələri tələb olundu. Əli Kərimli orada iştirak etməsə də amma onun bütün ətrafı orada idi. Bunlar öz taleyini yaşayırlar və cəzalarını alırlar. Onların ən böyük cəzası sosial bazalarının olmamasıdır. Bu gün Azərbaycan hökuməti pandemiya şəraitində xalq üçün hər bir şərait yaradıb. Xalqın bütün ümidi yenə cənab Prezidentədir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə