"İndiki zamanda könüllülərin qarşısında daha böyük vəzifələr dayanır" ŞƏRH-ÖZƏL

"İndiki zamanda könüllülərin qarşısında daha böyük vəzifələr dayanır" ŞƏRH-ÖZƏL

"2012-cı ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsindən sonra ölkəmizdə könüllülər hərəkatı əsasən təşkilatlanmış şəkildə aktuallaşmışdır. Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın çağırışına cavab verən Azərbaycan gəncləri könüllülər ordusuna qoşularaq Bakı– 2012 Avroviziya müsabiqəsinin çox yüksək səviyyədə təşkil olunaraq başa çatdırmağımıza imkan verdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, könüllük hərəkatında təcrübə toplanmış Azərbaycan gəncliyi 2015-ci ildə I Avropa Oyunlarının və 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının həyata keçirilməsinidə aparıcı qüvvəyə çevrildi: "Könüllülər ölkəmizin ev sahibliyi etdiyi bir çox beynəlxalq tədbirlərin təşkil olunmasında yaxından iştirak edib. Artıq gənclərimiz könüllülər hərəkatında təşkilatlanmış şəkildə fəaliyyət göstərərək ölkə həyatı üçün vacib tədbirlərin lokomotivinə çevrilib. Bu gün Könüllülər Azərbaycan Könüllülərin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən koordinasiya olunaraq Prezidentin və Birinci Vitse-prezidentin çağırışlarının icarsçılarına çevrilmişdir. Müxtəlif könüllülər təşkilatlarını özündə birləşdirən AKƏM işinin əlaqələndirilməsini Gənclər Fondu tərəfindən həyata keçirilməsi ölkədə aparılan düşünülmüş gənclər siyasətinin göstəricisidir".

A. Badamov söyləyib ki, indiki zamanda könüllülərin qarşısında daha böyük vəzifələr dayanır: "Bütün dünyanın gündəmini koronavirus pandemiyası zəbt edib. Pandemiya özü ilə böyük problemlər gətirib. İnsanların hərəkətlərinə məhdudiyyətlər tətbiq olunub, sosial vəziyyətinə dəstəyə ehtiyac yaranıb. Bu çətin dövrdə ölkədə COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin dəstəklənmasində müxtəlif təşkilatlada birləşmiş Azərbaycan könüllüləri yaxından iştirak edirlər. Hərəkətlərinə məhdudiyyət qoyulmuş tənha ahıl şəxslərə, aztəminatlı ailələrə könüllülər baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına kömək edirlər. Ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü, "Böyüklərimizi qoruyaq!” devizi altında minlərlə tənha ahıllarının, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyi olan şəxslərin evlərinə baş çəkib, 6254 ailəyə müxtəlif ərzaq və gündəlik tələbat mallarının çatdırılmasına kömək göstəriblər".

Deputat qeyd edib ki, könüllülər həm də talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrin qana təlabatını ödənilməsi məqsədi ilə "Könüllü Donor” qanvermə aksiyasına start vermiş, müxtəlif qanvermə aksiyalarda yaxından iştirak edir. Könüllülər cəiyyətimizin aparıcı qüüvəsinə çevrilmişdir. Harda köməyə, yardıma ehtiyac varsa, orda könüllü görünür. Könüllülərin belə təşkilatlanması gənclərimizə vətənə, millətə sevgini artırır. Həm də könüllülər təşkilatlarında birləşən gənclərimiz əsasən ya universitetlərin tələbələridir, ya da universitetləri bitirmiş gənclərimizdir. Müxtəlif dövlət qurumlarında fəaliyyət göstərən könüllülər həm də həmin dövlət qurumun təcrübəsini öyrənir. Bu da həmin qurumlarda kadrlara olan təlabatının ödənilməsində könüllülülərin rolunu artırır. Könüllülük hərəkatına cəlb olunmuş gənc yüksək davranış və etik normalarını özündə əks etdirən müasir düşüncəli vətəndaşdır. Təbii ki, gənclərimizin bu istiqamətdə tərbiyyə olunması, həyat bacarıqlarına yiyələnməsi dövlətimizin gücünü artırır, müstəqilliyimizi əbədi edir. Azərbaycan gəncliyi prezident İlham Əliyevin siyasətini dəstəkləyir və hər zaman onun ətrafında birləşir. Biz birlikdə güclüyük!

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə