"Partiyamız Prezidentin islahatlar proqramını dəstəkləyir" ÖZƏL - AÇIQLAMA
"Partiyamız Prezident İlham Əliyevin islahatlar proqramını dəstəkləyir. Korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədə onu tam müdafiə edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan Hüquqları komitəsinin sədr müavini olan deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli mənsub olduğu partiyanın fəliyyətindən danışarkən deyib.
O bildirib ki, 2005-ci ildən etibarən partiya koordinal bir qərar qəbul edib: "Partiya mərkəzçi mövqeyi olmaqla Prezidentin daxili və xarici siyasətinin müdafiəsi ilə bağlı qərar qəbul etdi və indiyə qədər 15 il müddətində Vəhdət Partiyası sabit bir yol qət edib. Onun mübarizəsinin nəticəsidir ki, Partiya Parlamentə iki dəfə seçilib və Parlament partiyası olub. Ən böyük fəaliyyətimiz budur ki, Partiyamız hazırda parlament partiyasıdır və dövlətdən buna görə maliyyələşir. Bu da bizim çoxpartiyalı sistemdə mövqe qazanmağımıza kömək edir. Vəhdət Partiyasının, məhz, buna görə həm Mərkəzi Seçki Komissiyasında nümayəndələri təmsil olunur, həm Dairə Seçki Komissiyalarında, həm də respublikanın çoxlu sayda seçki məntəqələrində nümayəndələri mövcuddur".
Millət vəkili qeyd edib ki, Vəhdət Partiyası seçkili hakimiyyət orqanlarında dövlət hakimiyyətinin var olmasında da iştirak edir: "Eyni zamanda biz nizamnaməyə uyğun olaraq Baş Məclisimizdə mütəmadi, 3 aydan bir olmaqla iclaslar keçiririk. Siravi məsələlər Siyasi şöbədən idarə olunur. Eyni zamanda, Partiyanın İcra aparatı, yəni, Sədr Aparatı mövcuddur və onun rəhbəri Partiyanın birinci müavini Vahab Manafovdur. Partiyanın aparatında 12 nəfər tam ştatlı, 10 nəfər isə yarımştatlı işçi fəaliyyət göstərir. Hazırda koronavirus pandemiyası qaydalarına uyğun fəaliyyət göstəririk. Yalnız zəruri hallarda icazələrlə partiya fəaliyyəti ilə məşğul oluruk".
Tahir Kərimli əlavə edib ki, hər gün öz və partiya üzvləri mütəmadi olaraq həm ölkədə, həm də dünyada baş verən ictimai-siyasi hadisələrə reaksiya verir: "Ölkədə və dünyada baş verən hadisələr hər gün diqqətimizdədir. Partiyamız Prezident İlham Əliyevin islahatlar proqramını da dəstəkləyir. Korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədə onu tam müdafiə edir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB