Ermənistanın qonşularına ərazi iddiaları faşist ideologiyasının nəticəsidir - ŞƏRH ÖZƏL
“Ermənilər hər zaman faşizm ideologiyasına yaxın olublar, hətta faşizmə pərəstiş ediblər desəm yanılmaram. Bugunkü Ermənistan cəmiyyətində mövcud olan milli ideologiya çalarlar, məzmununa görə faşizm ideologiyasiya ilə çox yaxındır. Buna görə də ermənilər hər zaman düşünüblər ki, guya faşizm ideologiyası ilə onların arzusunda olduqları dövlət quruculuğu asan olacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, ermənilər özlərini almanlar kimi ari irqinə, yəni seçilmiş irqdən hesab edirlər: “Ona görə də İkinci Dünya Müharibəsində Qaragin Njde Almaniyada erməni legionerlərini formalaşdırarkən onların qarşısındakı çıxışlarının birində deyib ki, siz həm Almaniya, həm də Ermənistan uğrunda vuruşursunuz. Almaniyanın mübarizəsi Ermənistanın mübarizəsidir. Həqiqətən də bu gün bu faşist ideologiyasının nəticəsidir ki, Ermənistan qonşu dövlətlərə ərazi iddiaları irəli sürür. Dənizdən dənizə erməni dövlətinin yaradılması üçün açıqca beynəlxalq tribunalardan bu cür fikri səsləndirməkdən çəkinmirlər. Onların üstəlik Azərbaycan torpaqlarını işğal edərək orada qondarma Dağlıq Qarabağ Respublikasını yaratmaqları elə özü faşizm ideologiyasına xidmət edən ən böyük əməllərdəndir”.
Q.Hüseynli vurğulayıb ki, ermənilər hətta Türkiyəyə də ərazi iddiaları irəli sürürlər: “Belə ki, Şərqi Anadolu yarmadasında mühacirətdə olan ermənilər üçün Şərqi Anadolu Respublikası adlı bir qondarma qurum daha yaratmaq arzusundadırlar. Bütün bunlar onu göstərir ki, cəmi 3 milyon əhalisi olan bir xalq necə böyük iddialarla yaşayır və region üçün nə qədər təhlükələr törədirlər. Ümumiyyətlə faşizmin lənətləndiyi, ideologiya kimi çıxdaş edildiyi bir zamanda bu ideologiya ilə yaşamaq sivilzasiya edən dünyanın hazırki düzəninə uyğun gəlmir. Təəssüflər olsun ki, ermənilər bu ideologiyanın inkişafı istiqamətində xeyli işlər görülür. Qərb dövlətləri də bunu anlamaqda çətinlik çəkirlər. Amma Azərbaycan dövlətinin apardığı fəal, diplomatik siyasət geci-tezi bu vəhşi ideologiyanın məhvinə gətirib çıxaracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB