Filarmoniyada Türkiyənin 23 aprel “Milli hegemonluq və uşaq Bayramı” münasibəti ilə konsert proqramı keçirilib - FOTOSLAYD
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Türkiyənin 23 aprel "Milli hegemonluq və uşaq Bayramı" münasibəti ilə konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq Azərbaycanın dövlət himni, daha sonra isə Türkiyənin dövlət himni səsələndirilib.
Daha sonra isə Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu çıxışında bildirib ki, bu tarix türk milləti üçün böyük hadisədir: "Bu bayram dünyada ilk olaraq Türkiyədə qeyd edilir. 36 ölkədən 8000 mindən çox uşaq bu bayramı qeyd edir. Bizim ölkəmiz ən yaxşı ölkələr arasında daim inkişaf edir. Ölkəmizin daha da inkişaf etməsində bizim gələcəyimiz olan uşaqlarımız xidmətləri daha böyükdür".
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç qeyd edib ki, bu bayramın qardaş ölkə olan Azərbaycanda keçirilməsi yüksək qiymətləndirilməlidir: "Uşaqların gələcəkdə daha da savadlı olması üçün əməyi olan müəllimlərə öz təşəkkürümü bildirirəm. Çünki M.K.Atatürkün vətəndə artıq önəm verdiyi uşaqlar sizə əmanətdir. Bir daha bayramınız mübarək".
Tədbirin davamı olaraq türk liseyləri tələbələrinin hazırladıqları rəqs nömrələri nümayiş etdirilib və şeirlər söylənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB