"Ermənistanda etirazlardan və hakimiyyətin dəyişməsindən iki il keçir. Bu müddət ərzində Nikol Paşinyanın islahatlar dalğası yalnız keçmiş hakimiyyət nümayəndələrinin həbsi və təqibi ilə davam etdi. Halbuki, xalq ondan sosial vəziyyətin yaxşılaşdırılmasını, iş adamları yeni investisiya mühitinin yaradılmasını gözləyirdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın iki il müddətində verdiyi mesajlar yalnız populizmə əsaslanıb: “Bunu hətta Ermənistanın iş adamları da açıq şəkildə dilə gətirirlər. Paşinyan iş adamlarından əlavə xərac toplayır və onları hər vasitə ilə sıxışdırır”.
Politoloq söyləyib ki, ümumiyyətlə, erməni cəmiyyəti və düşüncəsi kriminala meyllidir: “Orada baş verənlər bu qayda ilə reallaşır. Paşinyanın iqtisadi azadlıqlar və firəvan cəmiyyət bəyanatları sabun köpüyü kimi əridi getdi. Çünki Ermənistanın iqtisadi davamlılığını qoruyan resursları yoxdur”.
M. Əsədullazadə qeyd edib ki, xarici yardımlardan asılı olan bir ölkənin iqtisadi inkişafdan danışması, müharibə şəraitində olan bir ölkənin xarici investisiyaları ölkəyə cəlb edəcəyini vurğulaması utopiya idi: “Artıq erməni iqtisadçıları və iş adamları bunun əyani şahididirlər. Paşinyanın ölkəni ağır duruma apardığının fərqindədirlər. Bu ölkənin inkişafa qədəm qoyması yalnız illüziyadır. Ermənistanın inkişafı Azərbaycanın ərazilərinin işğalına son qoyulmasından asılıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB