“Demokratik inkişaf, sabitlik Azərbaycanın uğuru ilə bağlıdır” ÖZƏL-ŞƏRH

“Demokratik inkişaf, sabitlik Azərbaycanın uğuru ilə bağlıdır” ÖZƏL-ŞƏRH

Azərbaycanda çoxpartiyalı sistem formalaşıb və bu Azərbaycanın uğuru ilə bağlıdır. Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, demokratik inkişaf istəyiriksə, sabitlik istəyiriksə, çoxpartiyalı sistem çox vacibdir və dialoq mühiti, monoloq mühiti olmalıdır ki, dövlət başçısı da bunda maraqlıdır: “Çoxpartiyalı sistem Azərbaycan üçün vacibdir. Dövlət başçısı Cənab İlham Əliyev də parlamentin son iclasında bunu xüsusilə vurğuladı ki, siyasi partiyaların inkişafı Azərbaycan üçün arzuolunandır və təsadüfi deyil ki, parlamentdə vəzifələr bölüşdürülərkən müxalifət təmsilçiləri də, müstəqil namizədlər də yer aldı. Son günlər də bir çox siyasi partiya da qeydiyyata alınıb ki, bu Azərbaycanın uğurlu siyasətindən xəbər verir. Prezident Adminstrasiyasında da artıq siyasi partiya liderləri ilə uzun müddətli görüşlər təşkil edilir, onların təklifləri dinlənilir. İndiki məqamda Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə başlayıb, dövlət məmurları üzərində nəzarət gücləndirilməlidir və bunda düşünürəm ki, siyasi partiyaların da önəmi, rolu olmalıdır”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə