ATƏT PA prezidenti: “Qarabağ münaqişəsinin həllində ATƏT-i nə NATO, nə də Avropa Birliyi əvəz edə bilməz” - AÇIQLAMA

ATƏT PA prezidenti: “Qarabağ münaqişəsinin həllində ATƏT-i nə NATO, nə də Avropa Birliyi əvəz edə bilməz” - AÇIQLAMA

Serbiya-Kosovo, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-i nə NATO, nə də Avropa Birliyi əvəz edə bilməz. Çünki adı sadaladığım qurumlar region xalqları ilə mütəmadi əlaqə saxlamadıqları üçün onları ATƏT kimi dərindən tanıya bilməz. SİA-nın xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının prezidenti Petros Eftimiu deyib. O, qeyd edib ki, ATƏT münaqişələrin həllində ən vacib iştirakçı olaraq qalır.

 

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının prezidenti Petros Eftimiu bu il Azərbaycana səfər edəcək. Hazırda bu qurum prezident Eftimiunun regiona səfərinin təşkili ilə bağlı Azərbaycan, Ermənistan və Gürcüstan parlamentləri ilə iş aparır. Səfər ilin ikinci yarısına planlaşdırılır. Bu, Petros Eftimiunun ATƏT PA prezidenti qismində Azərbaycana ilk səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə