"Vətəndaşlarımızın ölkəyə gətirilməsi xüsusi qrafik üzrə həyata keçirilir" Prezidentin könəkçisi

"Vətəndaşlarımızın ölkəyə gətirilməsi xüsusi qrafik üzrə həyata keçirilir" Prezidentin könəkçisi

"Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Koronavirus pandemiyası dövründə də Rusiya vətəndaşlarının Azərbacanda, Azərbaycan vətəndaşlarının Rusiyada olmasını nəzərə alaraq vətəndaşların sərhəd-keçid məntəqəsindən qarşılıqlı keçidi təmin edilir". SİA-nın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Rusiya vətəndaşlarının öz ölkələrinə getməsi üçün lazımi şərait yaradıb. O qeyd edib ki, Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi xüsusi qrafik üzrə həyata keçirilir. Ona görə də vətəndaşların sərhəd-keçid məntəqələrnə gələrək dövlət qurumlarının fəaliyyətinə mane olmağına gərək yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə