"Bu, yeni siyasi mərhələyə başlanğıcdır" AÇIQLAMA-ÖZƏL

"Bu, yeni siyasi mərhələyə başlanğıcdır" AÇIQLAMA-ÖZƏL

"Korrupsiyaya qarşı aparılan əməliyyatların icra hakimiyyətlərini, nazirlik və komitələri əhatə etməsi, yeni bir idarə modelinin qurulmasına gətirib çıxara bilər. Aparılan həbslər və təmizləmələrin davam etməsi istisna deyil. Çünki, ölkə başçısı İlham Əliyev artıq proseslərə strat verib. Dövlətin içində həbslər, hətta nazir müavinləri səviyyəsində həbslər, güc stukrukturlarında yoxlamaların reallaşması, bunun DTX tərəfindən həyata keçirilməsi göstərir ki, bu, birdən-birə keçirilən əməliyyatlar deyil". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycan iqtidarı post-pandemiya dövrünə çox ciddi şəkildə hazırlaşır və ölkəmizdə bundan sonra yeni dönəm başlaya bilər: "Bu əməliyyatlar və həbslər sıradan deyil. Bu, yeni siyasi mərhələyə başlanğıcdır".

Politoloq qeyd edib ki, ayrı-ayrı nazirikdə və komitələrdə, icra hakimiyyətlərində həbslər göstərir ki, həmin şəxslər dövlət maraqlarından yalnız özləri üçün istifadə ediblər: "Bu şəxslərdə vətənsevərlik, dövlətçilik ideologiyası olmayıb və nə qədər xalqa, dövlətə zərbə vurublar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə