"Dost və tərəfdaş ölkələrə yardım göstərilir". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Azərbaycan xarici siyasətində humanitar diplomatiya mühüm yer tutur: "Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına daha 5 milyon dollar ayırıb. Bu dövr ərzində Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Moldovaya humanitar yardımlar edilib. Serbiya və Fələstindən Azərbaycana müraciət daxil olub. BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinə yardım vəsaiti veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB