"Xaricdəki azərbaycanlılar çarter reysi ilə Azərbaycana gətiriləcək" Prezidentin köməkçisi
"Ölkədəki vətəndaşların və xaricdən gətirilən azərbaycanlıların sağlamlıqları təmin etmək üçün xaricdən gətirilənlər 4-5 ulduzlu otellərdə karantinə yerləşdirilir". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, məqsəd koronavirusla bağlı yeni ocaqların qarşısının alınmasıdır: "18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək. MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB