“Nikol babasının əməllərini bu gün demokrat libasında davam etdirir” ÖZƏL-MÜNASİBƏT
Artıq erməni ictimai fikri Nikol Vartanoviç Paşinyanın faşist ordusunun sıralarında, Qaregin Njdenin başçılıq etdiyi legionda xidmət etdiyi və bundan irəli gələn digər yorumlarla dolub. Bu sözləri SİA-ya müsahibəsində Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Əkbər Qoşalı qeyd edib ki, açığı, bu fakt, şəxsən onda ikili fikir yaradır.
“Birincisi, Nikol öz böyük adaşının – babasının qeyri-insani əməllərini bu gün demokrat libası geyərək davam etdirir. Nikoldan Nikola çox şey dəyişsə də, bir şey dəyişməyib: faşizim! – öz xəstə, qeyri-insani erməni maraqlarını bəşəri maraqlardan, başqalarının qanuni haqlarından üstün tutmaq, öldürmə, qan-qada…
İkincisi, biz baba Nikolun faşizmə xidmətindən danışırıq, amma işin ilginc tərəfi budur ki əlaqədar dövlətlər Ermənistana gözün üstündə qaşın var demir. Deyincə də, xəfifcəsinə, işğalçı ilə işğala məruz qalanı eyni tutarmışcasına deyirlər və bu da elementar ədalət prinsiplərinə uyğun gəlmir. Nikol həmin o “9 may”ın ildönümü günü (amma bir başqa səbəblə) bizim Şuşaya gəlib, arvadına da hərbi-səhra geyimi geydirərək, eyforiyaya qapılır…
Və əlində guya “siyasi həll yolu qovluğu” – “ədalət tərəzisi” tutanlar da, buna seyriçi qalırsa, demək, biz baba Nikoldan çox, nəvə Nikoldan danışmalıyıq. Əlbəttə, yalnız danışmaq yox, tədbirlər tökməliyik. Söhbət, nə yalnız ordudan, nə də yalnız diplomatlardan getmir, mən ümumən deyirəm – hamımız milli məsuliyyət, vətəndaş məsuliyyəti hiss etməliyik. Bunun da ən uyğun formulu, “ən vətənpərvər insan, öz işini yaxşı görən insandır” şəklində, daha doğrusu, mahiyyətindədir.
Hər birimiz həqiqətlərimizin təbliğini, düşmənin zəif cəhətlərini, haqsız yönlərini – demək olar, bir haqlı yönləri də yoxdur zatən…
- qabartmalıyıq, dilə-dişə salmalıyıq, əlaqədar beynəlxalq qurumları, quruluşları fakt yağışına tutmalıyıq. O şeyləri ki, edə bilmirik, heç olmazsa, bacardıqlarımızı edək; şəxsi nümunə göstərək, məsuliyyətli olaq, düşməni faş etmək üçün nə mümkündür o addımları ataq. Dövlətə sədaqətli olaq!
– Ən, ən azından… kasıbların payına göz dikilməməsi, mədəni irsin qorunması, tarixi abidələrin bərpası, musiqi məktəblərinin büdcə xərclərinin talanmaması, sahil mühafizəsinin (ümumən sərhəd təhlükəsizliyinin) müqəddəsliyinin zədə görməməsi, korlar cəmiyyəti üçün tikilən mənzillərin tikintisindən mənimsəmələr olmaması, vətəndaşın məmur qapılarında gözlədilməməsi, məktublara vaxtlı-vaxtında cavab verilməsi…
– bunlar ki mümkündür, bari belə adıyaman əməllərdə (əməlsizlikdə!) bulunanlarımız olmasın. Olmasın, vallah, olmasın!
– Dama-dama göl olur; damcı daşı dəlir…
– Bir yerdən başlamalıyıq – o “bir yer” elə özümüz olaq, özümüzdən başlayaq…
O zaman Nikol-mikollar-zad da haqq etdiyi cəzanı alar, düşmən məğlubiyyət nəsibinə daha tez çatar.
Biz erməni baş nazirinin babasının faşizmə xidmətindən təsəlli tapmamalıyıq, haqq işimizə, Qarabağda qələbəmizə xidmət edən addımlardan təsəlli tapmalıyıq. Bizim işimiz haqq işidir, biz qalib gələcəyik!”, deyə Əkbər Qoşalı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB