"Cəmiyyət siyasi təmasların müsbət nəticələrini görməkdədir" ÖZƏL-ŞƏRH
"2018-ci il növbədənkənar prezident seçkilərindən sonra dövlət başçısının həyata keçirməyə başladığı genişmiqyaslı islahatlar içərisində mövcud siyasi sistemin təkmilləşdirilməsi, hakimiyyətlə partiyalar arasında siyasi dialoqun aparılması önəmli yer tutur". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, Prezident İlham Əliyev, çox doğru olaraq, dəfələrlə qeyd etmişdir ki, ölkəmizin hərtərəfli, dinamik və dayanıqlı inkişafının təmin edilməsi üçün bu, çox zəruridir: "Qeyd etmək istəyirəm ki, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması, siyasi sistemin müasirləşdirilməsi işində artıq xeyli önəmli addımlar atılmışdır. Prezident Administrasiyasında həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yaradılmış yeni - Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil olunan dialoq artıq davamlı xarakteri alıb. Cəmiyyət bu gün siyasi təmasların müsbət nəticələrini görməkdədir.
Ölkə başçısının apardığı yeni siyasi kursun, reallaşdırdığı xeyli dəyişikliklərin əksər siyasi təşkilatlar tərəfindən dəstəklənməsi bunun təzahürüdür. Hakimiyyətlə siyasi partiyalar arasındakı dialoq, anlaşma və əməkdaşlıq demokratik-hüquqi dövlətin ruhuna uyğun olaraq, fikir plüralizmi, siyasi baxışlara hörmət əsasında həyata keçirilir. Ölkədə siyasi baxışlarına, mənsubiyyətinə və fəaliyyətinə görə heç kəsin təqib edilməməsi bu gün dövlətimizin fəaliyyətində əsas prinsipə çevrilmişdir. Hər kəs çox gözəl görür ki, cənab İlham Əliyev öz prezidentlik fəaliyyətində heç bir vətəndaşın siyasi görüşlərindən və hansı partiyanın üzvü olmasından asılı olmayaraq ona Azərbaycan vətəndaşı olaraq yanaşır. Söz yox ki dövlətimiz pandemiyaya qalıb gəldikdən sonra bu islahatlar daha sürətlə aparılacaq və digər sahələrdə olduğu kimi, demokratik inkişaf yolunda da yeni uğurlara nail olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB